31 Aralık 2013 Salı

2013-CÜ İLDƏ OXUDUQLARIM KİTABLAR

   Salam.2013-cü ilin son bloq yazısında bu il oxuduğum kitablar haqqında yazmaq istərdim.İlk öncə onu qeyd etməliyəm ki,2013-cü ildə oxuduğum kitabların sayı məni qane etmədi.Düzdür,keçən illə müqayisədə iki dəfə çox oxusam da,fikrimcə,bir kitabsevər üçün ildə 28 əsər oxumaq azdır.Bu zaman bir hind atalar sözü yadıma düşür."Başqasından üstün olmağımız əhəmiyyətli deyil.Əsl əhəmiyyətli olan şey,dünənki halımızdan üstün olmağımızdır."
   Sizə oxuduğum əsərlərin siyahısını təqdim edirəm:
1)Per Lagerkvist.Hekayələr
2)Antonio Tabukki."Pereyra iddia edir"
3)Alber Kamyu."Taun"
4)Qabriel Qarsia Markes."Polkovnikə məktub yoxdur"
5)Qabrieı Qarsia Markes.Hekayələr
6)Corc Oruell."Heyvanıstan"
7)Cek London."Ağ diş"
8)Vasili Qriqoryeviç Yan."Çingiz xan"
9)Herman Hesse."Demian"
10)Jan-Pol Sartr."Ürəkbulanma"
11)Dino Bussati."Tatar çölü"
12)Çingiz Aytmatov."Ağ gəmi"
13)Aslan Quliyev."Keçmiş döyüşçü və oğlan"
14)Jan Qustav Lö Kleziö."Raqa.Gözəgörünməz qitəyə yanaşma"
15)Lev Tolstoy."İvan İliçin ölümü"
16)Kurt Vonnequt."Sallaqxana N5 və ya uşaqların səlib yürüşü"
17)Frans Kafka.Hekayələr
18)Frans Kafka."Çevrilmə"
19)Uilyam Şekspir."Yuli Sezar"
20)Alber Kamyu."Yad"
21)Con Steynbek."Siçanlar və insanlar"
22)Çarlz Dikkens."Oliver Tvist"
23)Riçard Bax."Conatan Livinqston adlı qağayı"
24)Qabriel Qarsia Markes."Bu hekayətin tarixçəsi"
25)Fyodor Dostoyevski."Cinayət və cəza"
26)Aqata Kristi."Qara qəhvə"
27)Platon."Sokratın müdafiəsi"
28)Lev Tolstoy."Etiraflar"

   Bu il  həm də mənim üçün ad günümdə babamın mənə Kindle Paperwhite(elektron kitab qurğusu) hədiyyə etməsi ilə əlamətdar oldu.Belə ki,Kindle sayəsində C.Steynbekin "Siçanlar və insanlar",Ç.Dikkensin "Oliver Tvist" və R.Baxın "Conatan Livinqston adlı qağayı əsərlərini oxuya bildim.
   İndi isə,hər il olduğu kimi bu il də bəyəndiyim əsərləri təqdim edirəm.

1.Mənalı və təsirli əsərlər
    I yer. Dino Bussati."Tatar çölü"                                   
  II yer.Alber Kamyu."Taun"
 III yer.Antonio Tabukki."Pereyra iddia edir"
 IV yer.Per Lagerkvist.Hekayələr

2.Fəlsəfi əsərlər
   I yer. Riçard Bax."Conatan Livinqston adlı qağayı"  
  II yer.Jan-Pol Sartr. "Ürəkbulanma"
 III yer.Platon."Sokratın müdafiəsi"

3.Detektiv,fantastik və s.
   I yer. Corc Oruell."Heyvanıstan"
  II yer.Aqata Kristi."Qara qəhvə"

4.Tarixi əsərlər
   I yer. Uilyam Şekspir."Yuli Sezar

2 yorum:

  1. Size uğurlar arzulayıram amma builk6 siyahınızda heç Azərbaycan ədəbiyyatından bir nümunə görmədim .Mənə maraqlıdır bunun bir səbəbi varmı yoxsa təsadüfən alınıb təşəkkürlər

    YanıtlaSil
  2. Sağ olun.Sualınıza gəldikdə isə təsadüfən alınmayıb,amma builki planımda Azərbaycan ədəbiyyatına aid nümunələr var.

    YanıtlaSil