29 Haziran 2013 Cumartesi

    LEV TOLSTOY."İVAN İLİÇİN ÖLÜMÜ"
   Dahi rus yazıçısı olan Lev Tolstoyun bədii yaradıcılığı
ilə ilk tanışlığım onun "İvan İliçin ölümü" adlı əsəri ilə oldu.Kitabı kitabxanama yeni əlavə etmişdim.Hələ ki oxumaq fikrim yox idi.Amma yazarın kimliyi və əsərin qəribə ada malik olması kitabı oxumağıma səbəb oldu.Əsəri bir neçə günə bitirdim.

27 Haziran 2013 Perşembe

HAL-HAZIRDA OXUDUĞUM KİTABLAR
                      ASLAN QULİYEV."KEÇMİŞ DÖYÜŞÇÜ VƏ OĞLAN"
   Respublikamızda keçirilən mühüm ədəbi müsabiqələr-
dən xəbərim olsa da,heç bir müasir yerli yazarların əsərləri ilə tanış deyildim.Keçən dəfə müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından Aslan Quliyevin "Keçmiş döyüşçü və oğlan" adlı povestini oxudum.Povest bir döyüşçünün həyatından bəhs edir.Qarabağ müharibəsindən tərxis olunmuş bu igid döyüşçü öz kəndinə qayıdır.Rayon icra hakiminin tələbə yoldaşı olduğunu bilib ondan iş istəmək üçün yanına gedir.Amma bu görüş tələbə yoldaşını öldürməklə nəticələnir.İş tapmaq üçün şəhərə yollanmağı qərara alır.Beləliklə,onun faciəli həyatı başlayır...

2 Haziran 2013 Pazar

    YAY TƏTİLİNDƏKİ PLANLARIM HAQQINDA
   Artıq daha bir dərs ilini beləcə başa vurub yay tətilinə qədəm qoydum.Bu dərs ilində 5 roman,6 povest,həmçinin Per Lagerkvistin 16 hekayəsini,Q.Q.Markesin hekayələri-
ni oxuya bildim.