19 Mayıs 2018 Cumartesi

19 May 1919

19 Mayıs; hər şeydən öncə bütün imkanların yox olduğu, bütün xilas yollarının daraldığı, bütün gümanların alt-üst olduğu, bütün ehtiyatların tükəndiyi, bütün qüvvələrin məğlub olduğu, bütün arzuların puç olduğu bir ərəfədə yenicə doğulan bir ümidin, yenicə közərən bir qığılcımın, yenicə şahlanan bir dirilişin, öz küllərindən yenidən doğulan bir millətin; şanlı tarixidir.

9 Aralık 2016 Cuma

YENƏ O BAĞ OLAYDI...

Əziz nənəmin işıqlı xatirəsinə
ithaf edirəm...



XX əsr Azərbaycan poeziyasının zirvəsində yer tutan qüdrətli sənətkarlarımızdan biri də Mikayıl Müşfiqdir. Öz sənəti və şəxsiyyəti ilə xalqımızın qəlbində məskən salan Müşfiq dillər əzbəri olan neçə-neçə şeirlərin müəllifidir. O, öz qısa, lakin şərəfli həyatı boyu xalqımıza gözəl poeziya nümunələri bəxş etmişdir. 

6 Haziran 2014 Cuma

MİXAİL ŞOLOXOV."İNSANIN TALEYİ"

   Mixail Şoloxovun "İnsanın taleyi" povesti müharibə
Mixail Şoloxov

mövzusunda yazılmış ən gözəl əsərlərdən hesab olunur.Sözsüz ki, Şoloxova məşhurluq gətirən əsərlərdən biri də budur.

31 Mayıs 2014 Cumartesi

ƏLİ BƏY HÜSEYNZADƏ - 150. TÜRKÇÜLÜYÜN QÜRURU


Hər bir ölkənin tarixində çoxlu sayda yazıçılar, musiqiçilər, rəssamlar və başqa sənət nümayəndələri 
Əli bəy Hüseynzadə
yetişə bilər.Lakin müstəsna xidmətləri olan insanlara bəşəriyyətdə çox az-az hallarda rast gəlinir.Onlar öz fikirləri və hərtərəfli yaradıcılıqları ilə bütöv bir topluma təsir edə bilir, beləliklə də həm özlərini, həm də daxil olduqları xalqın adını dünyada ucaldırlar.

10 Mayıs 2014 Cumartesi

ASLAN QULİYEVİN "AĞRI" KİTABININ TƏQDİMATI

   Bu gün məşhur Azərbaycan yazıçısı Aslan Quliyevin "Ağrı"
kitabının "Park Bulvar"da təqdimat mərasimi baş tutdu.

22 Şubat 2014 Cumartesi

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI

   Bir müddət öncə "Heydər Əliyev və Azərbaycanın milli
qəhrəmanları" adlı bir kitabla tanış oldum.Kitabda Heydər Əliyevin Milli Qəhrəmanlarımız barədə çıxışları,Milli Qəhrəmanlar və onların ailə üzvlərinin Azərbaycan xalqına müraciəti,qəhrəmanlarımızın təltif olunduğu medalların təsviri,onlara yüksək dövlət mükafatlarının təqdim edilməsi və s. əks olunur.Kitabda hər bir Milli Qəhrəmanlarımızın şəkli və işğal olunmuş ərazilərimizin xəritələri də vardır.

25 Ocak 2014 Cumartesi

ÇİNGİZ MEHBALIYEV."ŞƏRQDƏ FIRTINA"

   Bir müddət əvvəl Çingiz Mehbalıyevin "Şərqdə fırtına"    

adlı əsərini bitirdim.Əslində detektiv əsərləri çox da
sevmirəm.Amma kitab haqqında oxuyarkən yazıçının ilk əsəri haqqında da məlumat var idi.Orada deyilirdi:""Miras.Bakının sirri" işıq üzü görən andan oxucular tərəfindən rəğbətlə qarşılanıb.Bu kitab Azərbaycan ədəbiyyatında ilk milli intellektual detektiv hesab oluna bilər.