20 Nisan 2013 Cumartesi

                 Hal-hazırda oxuduğum kitab

DİNO BUSSATİ."TATAR ÇÖLÜ"

                         DİNO BUSSATİ.TATAR ÇÖLÜ
   Tatar çölü...İlk öncə bu romanın bu günə qədər oxuduqlarımın içərisində ən yaxşı roman olduğunu söyləməyi zəruri bildim.Bəli,oxuduqlarımın içərisində ən yaxşı və ən təsirli roman.Kitabın ilk səhifələrini oxuduğum zaman təsvirin çox olmasına görə narazı idim.Sonradan,sanki hər şey dəyişdi və əsərdə
canlanma yarandı.

13 Nisan 2013 Cumartesi

                                 MƏNİM UŞAQLIQ XATİRƏM
   Bu həftə Qanun nəşrlər evinin facebookdakı səhifəsində "Mənim uşaqlıq xatirəm" adlı müsabiqə keçirilirdi.Müsabiqədə iştirak etmək üçün uşaqlıq vaxtı başına gələn bir hadisə ilə bağlı kiçik esse yazmalı idin.Mən də bu müsabiqədə iştirak etdim və bu gün üç qalib elan edildi.Bunlardan biri ən çox "like" olunduğuna görə,digər ikisi isə Qanun komandasının seçiminə görə qalib oldular.Bu iki qalibdən biri mən idim.

7 Nisan 2013 Pazar

                                                DAHA YEDDİ KİTAB
   Bu gün Qanun nəşrlər evinin keçirdiyi aksiya sayəsində kitabxanama yeddi kitab artırdım.Bu aksiyada hər biri on ədəd olmaqla 94 müxtəlif kitab iki manata satılırdı.Aldığım yeddi kitabın hamısı dünya ədəbiyyatına aiddir.