28 Şubat 2013 Perşembe

                             CORC ORUELL-HEYVANISTAN-1
         İndi isə maraqlı və siyasi əsərlə sizin qarşınıza gəlirəm.Bu,Corc Oruellin "Heyvanıstan" povestidir.Əsəri oxumağa başlamazdan əvvəl,bir çox kitab versiyalarım oldu.Lakin sonda bunu seçdim.Əsər çox xoşuma gəldi.Bundan qabaq ağır mövzular üzərində qurulmuş çoxlu kitablar oxumuşdum.
İndiki əsər isə digərlərindən daha yığcam və daha maraqlı idi.Povestdə yazıçının əsas hədəfi SSRİ-dir.Corc Oruell bu əsərində Stalin dövründəki SSRİ-ni özünəməxsus şəkildə təsvir etmiş və tənqid atəşinə tutmuşdur."Heyvanıstan"da SSRİ-nin ikiüzlü daxili siyasətini,habelə onun xarici siyasətini görmək mümkündür.Povestdəki hər bir obraz isə müəyyən bir həqiqi şəxsi əks etdirir.Napoleonla Snoubollun mübahisəsi Stalinlə Trotski arasına baş vermiş qalmaqala işarədir.Yazıçı 37-ci il hadisələrindən də yan keçməmişdir.O,əsərində bu hadisəni ətraflı şəkildə təsvir etmişdir.İnsanların savadsızlığının böyüklər tərəfindən istifadə edilməsi əsərdə ən diqqət çəkən məqamlardan biridir.Əsərdə həmçinin sadə kəndlilərin vətənləri uğrunda gün boyu həvəslə işləmələrinə baxmayaraq,sondaəməklərinin yerə vurulması açıq-aydın göstərilmişdir.
     "Heyvanıstan" əsərini ümumi dünyagörüşünüz üçün oxumağı məsləhət görürəm.
    Əsəri oxumaq üçün aşağıdakı linkə daxil olun.
 http://ann.az/az/wp-content/uploads/2011/05/heyvanistan.txt
    Onu da qeyd edim ki,bu əsər haqqında olan yazının ardı olacaq.

Hiç yorum yok:

Yorum Gönder