7 Nisan 2013 Pazar

                                                DAHA YEDDİ KİTAB
   Bu gün Qanun nəşrlər evinin keçirdiyi aksiya sayəsində kitabxanama yeddi kitab artırdım.Bu aksiyada hər biri on ədəd olmaqla 94 müxtəlif kitab iki manata satılırdı.Aldığım yeddi kitabın hamısı dünya ədəbiyyatına aiddir.

   Robert Qrinin "Hakimiyyətin 48 qanunu" əsəri mənim diqqətimi cəlb etdi və bu kita
bı aldım.

   "Umberto Eco və Postmodernizm fəlsəfəsi" kitabı vasitəsilə isə postmodernizm ilə bağlı öz biliklərimi artırmağımı
 düşünürəm.
   Qabriel Qarsia Markesin əsərləri ilə az tanışlığım olduğundan "Sənin qar üzərindəki izinlə" kitabını almağı qərar verdim.
   Nobel mükafatlı yazıçıların kitablarını oxumağı sevirə
m."Raqa" isə bu kitablardan biri oldu.
   Mən çox zaman romanlara üstünlük verirəm.Ona görə də "Natiq Səfərovun tərcümələri" adlı kitabda dünya ədəbiyyatına aid hekayələrlə tanış olacağıma sevindim.
   "Döyüşçü klubu" kitabını isə son dövrlərdə çox populyar olduğunu görüb bu əsəri almağı özümə borc bildim.
   Viktor Pelevinin "Omon Ra" əsərinin isə real hadisələrdən ibarət olduğunu öyrəndim və kitabı almağı qərar verdim.

   Satıcılar müştəriləri çox gözəl qarşılayırdılar.Aksiyada hətta Qanun nəşriyyatının direktoru Şahbaz müəllim də iştirak edirdi.Belə aksiyaların keçirilməsinə görə Qanun nəşriyyatının idarə heyətinə öz təşəkkürümü bildirirəm.
   

   

Hiç yorum yok:

Yorum Gönder