21 Ekim 2013 Pazartesi

DÜNYANIN BU GÜNƏ QƏDƏR SATILAN 10 ƏN BAHALI KİTABI

   İngiliscədən tərcümə edən: Ayxan Əhmədzadə

Mənbə:Top 10 Most Expensive Books Ever Sold | The Top Tenz


10. Klavdi Ptolemey."Coğrafi Kosmoqrafiya"

       3.5 milyon $ (2006)

   Bu kitab 1462-ci ildə nəşr edilmişdir.Həmçinin "Coğrafiya",yaxud "Geographike Hyphegesis" adı ilə tanınır.Bu kitab yerin coğrafiyasına və kartoqrafiyasına aid ən məşhur kitablar arasındadır.Yeni dünyanın kəşfindən əvvəl mövzusuna görə bu kitabı əsas götürərək ona istinad edirdilər
.

9. Henri Luis Duhamel du Monkeau."Meyvə ağacları barədə traktat"
     4.5 milyon $ (2006)

   1768-ci ildə nəşr edilmişdir.Beş cildlik bu kitab meyvə ağaclarının 16 müxtəlix növlərinin gözəl illustrasiyasından ibarətdir.Fransız botaniki Henri Luis Duhamel du Monkeau,həmçinin Fransa Elmlər Akademiyasında prezident kimi fəaliyyət göstərmişdir.

 8.Qutenberqin Bibliyası

     4.9 milyon $ (1987)

   1450-1455-ci illərdə nəşr olunmuşdur.Bu kitab dünyada ilk çap olunmuş kitabdır.Hal-hazırda Qutenberq Bibliyasının ilk nəşrinin 48 məlum surəti mövcuddur.

 7.Pier-Jozef Redut."Liliasea"
     5 milyon $ (1985)

   1802-ci ildə nəşr olunmuşdur.Kitab zanbaq fəsiləsinə mənsub güllərin gözəl illustrasiyalarından ibarətdir.Belçikada doğulmuş Redut peşəkar rəssam idi.O,habelə "Qızılgül fəsiləsi" adlı kitabını çap etdirmişdir.

 6. Uilyam Şekspir."Birinci foliant"

          6.16 milyon $ (2001)

   1623-cü ildə nəşr olunmuşdur.Bu kitab bütün dövrlərin ən yaxşı kitabıdır və Şekspirin 36 pyesindən ibarətdir.Hal-hazırda bu kitabın əsl qiyməti 1 paunddur."Birinci Foliant"ın 228 surəti hələ də mövcuddur.

5. Cefri Çoser."Etajer hekayələri"

      7.5 milyon $ (1998)

   1478-ci ildə nəşr olunmuşdur."Etajer hekayələri"nin 83 məlum versiyası mövcuddur.Əsər tez-1370 və ya 1380-ci ildə yazılmağına baxmayaraq,1478-ci ildə çap olunmuşdur.


4. Con Ceyms Audubon."Amerika quşları"

       11.5 milyon $ (2010)

   Bu kitab Amerika ornitologiyasının əsl şah əsəri hesab olunur.Audubon yaşam ölçülərinə əsasən Amerikanın bütün quşlarının şəkillərini çəkmək istəyirdi.Hələ də dünyada bu böyük kitabın təqribən 120 original surəti vardır.

3. Müqəddəs Venediktin sifarişi.
       "Henri Lionun İncili"
           11.7 milyon $ (1983)

   1175-ci ilə aiddir.Bu kitab 1994-cü ilə qədər "dünyanın bu günə qədər satılan ən bahalı kitabları" siyahısında ilk sırada dururdu.266 səhifədən ibarət bu kitabın 50 səhifəsi yalnız gözəl illustrasiyalardan ibarətdir.


2. Müqəddəs Kusbertin İncili

   14 milyon $ (2012)

   7-ci əsrə aid bu nadir əsər latın dilində yazılmışdır.Kitabı hər kəs oxuya bilər,çünki elektron versiyası mövcuddur.Kitab Britaniya kitabxanasında nümayiş olunur.

1. Leonardo Da Vinçi."Lester əlyazmaları"
       30.8 milyon $ (1994)

   1500-cü ildə nəşr olunmuşdur.Bu kitab tarixə "bu günə qədər satılan ən bahal kitab" adı ilə düşmüşdür.Maraqlıdır ki,bu kitabın sahibi dünyanın ən zəngin adamı Bill Geytsdir.O,kitabın çox sayda şəkillərindən "Maykrosoft"un ekran qoruyucuları kimi istifadə etmişdir və həmçinin kitabı sərgi üçün dünyanın müxtəlif şəhərlərinə vermişdir.

Hiç yorum yok:

Yorum Gönder