21 Ekim 2013 Pazartesi

HERMAN HESSE."DEMİAN"


   Kitab mağazasında kitablara baxarkən gözüm Herman Hessenin "Demian" əsərinə sataşdı.Yazıçı haqqında eşitsəm də,bu əsər haqqında məlumatım yox idi.Kitabın ön səhifəsində povest haqqında oxuduğumda əsərin maraqlı ola biləcəyini düşündüm.İlk öncə qeyd edim ki,əsər ürəyimcə olmadı.Haqqında yaxşı şeylər eşitdiyim Herman Hessenin yaradıcılığından fərqli bir əsər gözləyirdim.


  Bu povesti,fikrimcə,fəlsəfi əsər adlandırmaq olar.Əsər bir gəncin taleyindən bəhs edir.Lakin bu gəncin hissləri,düşüncəsi,həyatı qavrama bacarığı o qədər mürəkkəbdir ki,kitabı oxuduqca,sanki ayrı bir aləma düşürsən.Həmin gənc digərlərindən fərqli olduğunu düşünür.O inanır ki,istənilən hər bir şey özündən asılıdır.Əgər sən hər hansı bir şeyi möhkəm arzulasan və həqiqətən istəsən o reallaşacaq.Yazıçı həmçinin insanı və onun bu həyatdakı əsas vəzifəsini araşdırır.Bu gəncin düşüncəsinə böyük təsir edən Demian isə onun ən yaxın dostuna çevrilir.Demianı digərlərindən fərqləndirən əsas cəhət öyrəndiyi və ya oxuduğu hər hansı bir şeyə ötəri yanaşmamasıdır.O, hər bir şey haqqında öz fikrini bildirməyə çalışır və çox vaxt onun fikirləri dəqiq məlumatlarla üst-üstə düşmür.
   Əsərin mürəkkəb,tərcümənin isə zəif olması onun başa düşülməsini çətinləşdirir.
   İndi isə əsərdən seçdiyim qeydləri sizə təqdim edirəm.

   Nə vaxtsa sənə zəruri olanı tapırsansa,bunun səbəbkarı təsadüf yox,sən özünsən,sənin öz şəxsi tələbatın,şəxsi qeyri-iradiliyin buna doğru aparır.
                                            ***
   Ayılan adam qarşısında yalnız bircə vəzifə durmalıdır:özünü axtarmaq,içində tapdığını möhkəmlətmək,hara aparıb çıxaracağından asılı olmayaraq öz yoluyla irəliləmək.
                                            ***
   Mən-təbiətin naməlumluğa atılan sıçrayışıyam,bəlkə yeniliyə,bəlkə heç yerə və bu sıçrayışı kəsərli etmək,özündə onun iradəsini hiss etmək və onu tamamilə özününküləşdirmək-budur öhdəmə düşən vəzifə.Yalnız bu!

Hiç yorum yok:

Yorum Gönder