Sizlərə oxuduğum daha bir kitab haqqında məlumat vermək istərdim.Bu məşhur ingilis dramaturqu Uilyam Şekspirin "Yuli Sezar" adlı faciəvi pyesidir.Dram Yuli Sezarın adını daşısa da,burada əsas surət onun qatili Brutdur.Əksər insanlardan fərqli olaraq,Uilyam Şekspir Brut şəxsiyyətinə fərqli yönümdən nəzər salmışdır.Bu dramda müəllif məşhur Roma İmperatoru Yuli Sezarı öldürmüş Bruta bəraət qazandıra bilir.Fikrimcə,Brutun Yuli Sezarı öldürdükdən sonra Roma əhalisi qarşısındakı nitqi əsərin məğzini təşkil edir.Həmin nitqi sizlərə təqdim edirəm.