25 Ocak 2014 Cumartesi

ÇİNGİZ MEHBALIYEV."ŞƏRQDƏ FIRTINA"

   Bir müddət əvvəl Çingiz Mehbalıyevin "Şərqdə fırtına"    

adlı əsərini bitirdim.Əslində detektiv əsərləri çox da
sevmirəm.Amma kitab haqqında oxuyarkən yazıçının ilk əsəri haqqında da məlumat var idi.Orada deyilirdi:""Miras.Bakının sirri" işıq üzü görən andan oxucular tərəfindən rəğbətlə qarşılanıb.Bu kitab Azərbaycan ədəbiyyatında ilk milli intellektual detektiv hesab oluna bilər.
"Cümlədəki "intellektual detektiv" sözü mənə xeyli maraqlı gəldi və müəllifin "Şərqdə fırtına" adlı əsərini oxumağa başladım.Əsər 2010-cu ildə baş vermiş iki hadisədən bəhs edir-"Ərəb baharı"ndan və Avropadakı iqtisadi böhrandan.Bu hadisələrin bir-birilə əlaqəli olması əsərin əsasını təşkil edir.   Əsər bir çox xüsusiyyətləri ilə mənim xoşuma gəldi.Birincisi,əsər sırf detektiv üzərində qurulmayıb.Yazıçının ilk əsəri "intellektual detektiv" janrda yazıldığı kimi,bu əsər də həmin janrda yazılmış qələm məhsuludur.Bu kitabla xoş vaxt keçirməklə bərabər,həm də dünyagörüşünüzü artıra bilərsiniz.İkincisi,əsərin müasir zamanımızla uyğunlaşmasıdır.Məsələn,hər bir ensiklopedik məlumatın və ya siyasi xəbərlərin linki göstərilmişdir.Üçüncüsü isə kitabın xeyli şəkillərdən ibarət olmasıdır.Məsələn,hər hansı bir ölkə haqqında danışılarsa,həmin ölkənin coğrafi yeri göstərilir.Bu da təbii ki,kitabı daha da maraqlı edir. Dördüncü,ən əsası isə əsərin mənalı fikirlərlə zəngin olmasıdır.Hər hansı bir detektiv əsər oxuduqda həmin əsərdən seçdiyim qeydlərin sayı 3-4-dən çox olmur.Amma bu əsərlə bağlı mənim 15-dən çox qeydim var və onlardan bəzilərini yazının sonunda sizinlə bölüşəcəyəm.
   
Əsərin yarısı yazıçı təxəyyülünün məhsuludursa,yarısı da tarixi hadisələrə söykənir.Bu baxımdan,belə bir əsər ərsəyə gətirmək həqiqətən də çətin işdir və açıq-aydın hiss olunur ki,yazıçı əsər üzərində böyük diqqət və məsuliyyətlə işləyib.
   Maraqlıdır ki,əsəri oxumazdan bir-iki həftə qabaq təsadüfən "Ərəb baharı" barəsində oxumuşdum.Bu kitab vasitəsilə isə onun haqqında daha geniş məlumat əldə etdim.
   Oxuyun,maraqlıdır.Fikrimcə,"Şərqdə fırtına" hamının maraq dairəsini əhatə edəcək bir kitabdır.
   
   İndi isə seçdiyim qeydləri sizlərə təqdim edirəm:

1) Taleyin və valideynlərimin mənə verdikləri ilə niyə fəxr edim ki?Onsuz da onları mən qazanmamışam.Mən öz qazandıqlarımla daha çox fəxr edirəm,nəinki,taleyin və valideynlərimin mənə bəxş etdikləri ilə!


2)Ailə insana riskə getməyə mane olur.Həyatı isə qəfil dəyişilmələr və risklər dəyərli edir.


3)Başqasının bədbəxtliyi həmişə ətrafdakılar üçün maraqlı olub.Onlar sənin zəiflədiyini görən kimi dərhal yanına gələcəklər.Amma kömək etmək üçün deyil,sadəcə maraqlı bir dramatik teatr səhnəsinə tamaşa etmək üçün.


4)Özünü axtarmaq!Həyatın ən böyük axtarışı budur!


5)Həyatı vaxt idarə edir,vaxtı isə dahilər!


6)Əsas məsələ çox iş görmək deyil,əsas məsələ gördüyü işi sistemli aparmaqdır!

Hiç yorum yok:

Yorum Gönder