5 Mayıs 2013 Pazar

     ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV.MİRZƏ SƏFƏR(HEKAYƏ)
   Mən adətən dünya ədəbiyyatına aid əsərlər oxuyub onların təhlilini bloqumda yerləşdirirəm.
   Keçən dərslərin birində ədəbiyyat müəlliməm öyrəndiyimiz "Mirzə Səfər" hekayəsini təhlil etməyi tapşırdı.Bu,normal hal idi.Çünki biz həmişə hər hansı bir dərsi öyrənir,sonra isə onu təhlil edirik.Lakin bu dəfə etdiyim təhlili bloqumda yerləşdirməyi qərara aldım.


   Biz keçən dərslərin birində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,dramaturq və çoxlu hekayələr müəllifi Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər"
adlı hekayəsi ilə tanış olduq.
   Bu hekayəni digər öyrəndiyimiz hekayələrdən fərqləndirən əsas cəhət daha mənalı və qısa olması idi.Hekayə müsbət obraz olan Mirzə Səfər üzərində qurulmuşdur.
   Hekayənin məzmunu belədir ki,Mirzə Səfərin maddi vəziyyəti ağır olduğundan onun oğlanları pulsuz təhsil alır.Bir gün Mirzə Səfər böyük,hörmətli adamlardan olan Həsən ağanın qohumunu acılayır və bu xəbər Həsən ağaya çatır.Bundan sonra Həsən ağa cəmiyyəti-xeyriyyə iclasında Mirzə Səfərin guya ki,varlı olduğunu deyib uşaqlarının təhsil puluna gücü çatacağını söyləyir.Beləliklə,uşaqların pulsuz təhsili ləğv edilir.Mirzə Səfər xəbəri eşidəndə üzülür.Buna baxmayaraq o,hər iki oğlunu müəyyən yollarla oxuda bilir və hətta hər ikisini oxumaqlarını davam etdirmək üçün xaricə göndərir.
   Mirzə Səfər heç bir vaxt ləyaqətini itirmir və qüruru sayəsində Həsən ağaya alçalmır.
   Təbii ki,müsbət xüsusiyyətlərə malik Mirzə Səfər zəmanəsinə uyğun birisi deyildi.Onun zəmanəsində insanların çox böyük bir əksəriyyəti rüşvət alır,özündən böyük adamlara boyun əyir,yaltaqlıq edirdilər.Onun müsbət xüsusiyyətlərini hekayəni oxuduğumuz zaman hər bir yerdə görmək mümkündür.İstər çətin vəziyyətdə,istərsə də adi vəziyyətdə.
   Heakyədə Mirzə Səfərin heç bir vəchlə ləyaqətini itirməməyini,daim öz mənliyini qoruduğunu müşahidə etdik.
   Ədib bununla demək istəyir ki,insanın necə xasiyyətlərə malik olması heç də onun yaşadığı zəmanədən asılı deyil.Əgər insan daxilən müsbət insanı keyfiyyətlərə sahibdirsə,zəmanədən asılı olmayaraq o həmişə yaxşı insan olacaq.
   Həmçinin yazıçı demək istəyir ki,əgər sən heysiyyətini itirmədən yaşasan, müvəfəqiyyət özü gəlib səni tapacaq.Bunu Mirzə Səfərin dilindən də eşitmək mümkündür.Yəni o,həyatda mənliyini qoruyub-saxlayaraq yaşadığına görə,fikrimcə,Allah ona usta Zeynal kimi yaxşı bir dost qismət eləmişdir.
   Hekayənin mənası odur ki,hər bir şeyi insanlıqla,yaxşı əməllərlə əldə etmək olar.
   Təbii ki,hekayəni oxuyan hər bir oxucuda Mirzə Səfərə qarşı rəğbət hissi oyanır.O zəmanədə belə insanların olması oxucunu təəccübləndirir,eləcə də məni də.
   Fikrimcə,peşəmizdən,zəmanəmizdən asılı olmayaraq hər birimiz Mirzə Səfər kimi olmağa çalışmalıyıq.

4 yorum:

  1. çox yaxşıdır ancaq mənə mənə sədaqətli dost haqqında inşa lazımdır yəni usta zeynalla mirzə səfərin dostluğunun gözəlliyindən danışan bir inşa

    YanıtlaSil
    Yanıtlar
    1. Damla xanım, bura inşa saytı deyil.Sadəcə oxuduqlarım haqqında fikirlərimi yazıram.

      Sil
  2. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil