Sizlərə oxuduğum daha bir kitab haqqında məlumat vermək istərdim.Bu məşhur ingilis dramaturqu Uilyam Şekspirin "Yuli Sezar" adlı faciəvi pyesidir.Dram Yuli Sezarın adını daşısa da,burada əsas surət onun qatili Brutdur.Əksər insanlardan fərqli olaraq,Uilyam Şekspir Brut şəxsiyyətinə fərqli yönümdən nəzər salmışdır.Bu dramda müəllif məşhur Roma İmperatoru Yuli Sezarı öldürmüş Bruta bəraət qazandıra bilir.Fikrimcə,Brutun Yuli Sezarı öldürdükdən sonra Roma əhalisi qarşısındakı nitqi əsərin məğzini təşkil edir.Həmin nitqi sizlərə təqdim edirəm.
" Sözlərim qurtarana qədər sizdən səbr etməyinizi istəyirəm.Romalılar,vətəndaşlar,dostlar!Göstərəcəyim səbəbləri eşitmək üçün məni dinləyin;susun,susun ki, sözlərim eşidilsin.Şərəfim naminə mənə inanın,məni ağlınızla mühakimə edin,daha yaxşı qərar vermək üçün idrakınızdan istifadə edin.Sizlərin içərisində Sezarı çox sevən bir dostu varsa,ona deyim ki,Brutun Sezara olan sevgisi onunkundan heç də az deyildi."O zaman nə üçün Sezara qarşı çıxdın"deyə soruşarsa,cavabım belədir:Sezarı sevmədiyimdən deyil,Romanı daha çox sevdiyimdən.İki seçim vardı:Ya Sezar yaşayacaqdı və siz kölə kimi yaşayıb kölə kimi də öləcəkdiniz,ya da sizin azadlığınız üçün Sezar öləcəkdi.Siz hansını seçərdiniz?Düzdür,Sezar məni sevərdi:bunun üçün mən də onun arxasından ağlayıram:uğurları ilə qürur duyuram.İgidliyinə hörmətim böyükdür,amma böyük arzulara qapıldığı üçün onu öldürdüm.Burada kölə olmağı istəyəcək qədər ləyaqətsiz biri varmı?Varsa söyləsin:Ona pislik etdim.Vətənini sevməyəcək qədər alçaq biri varmı burada?Varsa söyləsin:ona pislik etdim.Varmı elələri,sual verirəm?Cavab gözləyirəm..."
Qəribədir ki,əsəri çox gec qurtardım.Bunun da bir sıra səbəbləri var.Birinci olaraq,əsəri çox da xoşlamadım.Ümumilikdə dram janrı məni özünə çəkmir.İkincisi,həmin vaxtda bu kitabla bərabər ayrı iki kitab da oxuyurdum.Üçüncüsü isə,"Yuli Sezar" türkcə oxuduğum ilk kitab oldu.Təbii ki,bunda da bir sıra çətinliklər yaşadım.
İndi isə əsərin elektron versiyalarını təqdim edirəm.
http://www2.hn.psu.edu/faculty/jmanis/shakesp/juliusca.pdf - ingilis dilində
http://lib.ru/SHAKESPEARE/shks_july2.txt - rus dilində
Əsərdən seçdiyim qeyd.
Qorxunc bir şeyin baş tutması ilə ilk hərəkət anı arasındakı bütün fasilə qorxulu yuxu kimidir.Bu vaxt ərzində insanın ruhu ilə fani bədəni bu mövzunu durmadan mübahisə edirlər.Bu mübahisə boyunca insan eynilə kiçik bir ölkə kimi tam bir vətəndaş müharibəsi yaşayır.
P.S. Mətn və qeydin türkcədən tərcüməsi Ayxan Əhmədzadəyə məxsusdur.
Bu yorum yazar tarafından silindi.
YanıtlaSil