21 Ekim 2013 Pazartesi

ALBER KAMYU."TAUN"

    Mən bu dəfə Alber Kamyunun yaradıcılığına müraciət etdim.Bu yazıçıyla ikinci tanışlığımdır.Belə ki mən bundan qabaq yazıçının "Yad" povestini oxumuşdum.

   
"Taun" əsərini çox bəyəndim.Bu romanda insanların daxili hissləri böyük ustalıqla təsvir olunub.Müəllif əsərində insanların iztirablarını,çəkdikləri əziyyətləri məharətlə göstərə bilmişdir.Əsərdəki hadisələr taunun geniş şəkildə yayıldığı Oran şəhərində cərəyan edir."Taun"u digər romanlardan fərqləndirən əsas cəhət heç bir mənfi obrazın olmamasıdır.Burada hər bir kəs tauna qarşı əlindən gələni edir.Əsərdə bir mənfi qüvvə var.O da nədən əmələ gəldiyi bilinməyən xəstəlikdir.Xəstəliklə mübarizə aparmaq riskli işdir.Lakin həkim Rio heç nədən qorxmur və riski gözə alır.Onun bu hərəkəti çoxlarında inam hissini artırır və tezliklə ətrafına xeyli adam cəlb edə bilir.Həkim Riönün vətəninin çətin anında heç nədən çəkinmədən şücaət göstərməsi hamıya örnək olmalıdır.
     Əsərin ən əsas müsbət xüsusiyyətlərindən biri isə ağır mövzu üzərində qurulmasına baxmayaraq darıxdırıcı olmamasıdır.Görkəmli fransız yazıçısı öz bədii çalarları vasitəsilə əsəri maraqlı edə bilmişdir.Əsərdə bir sıra məqamlar vardır ki,onu da sizin ixtiyarınıza buraxıram.Əsərin əsas mənası isə həyatla daim mübarizə aparmağın vacibliyi və nikbinliyin daima qorunmasıdır.Alber Kamyunun ən məhşur əsərinin "Yad" povesti olmasına baxmayaraq,fikrimcə,yazıçının "Taun" romanı ondan daha mənalı və daha təsirlidir.
      Onu da qeyd edim ki,Alber Kamyu 1957-ci ildə Nobel mükafatına layiq görülmüşdür.
    İndi isə əsərdən seçdiyim maraqlı qeydləri sizinlə paylaşıram.

Sual:vaxtı boşuna itirməmək üçün nə etməli?Cavab:ötən hər anı hiss etməli. 
                                    ***
Bu,həmin zəhrimar xəstəlikdir!Yoluxmayanlar da onu ürəklərində gəzdirir.
                                    ***
Zira fəlakət təsvirindən daha təsirli heç nə yoxdur və ən böyük fəlakətlər məhz yaşandığı müddət boyunca yeknəsəq görünür.
                                    ***   
İnsanlara nifrət etməkdənsə,onlara heyran olmaq üçün daha çox səbəb var.

Əsəri oxumaq üçün Facebookdakı  saytımızın qrupuna üzv olun.


Hiç yorum yok:

Yorum Gönder