30 Ekim 2013 Çarşamba

AQATA KRİSTİ."QARA QƏHVƏ"

   Düşünürəm ki,ağır əsər oxuyub bitirəndən sonra
Aqata Kristinin "Qara qəhvə" kitabı


detektiv,fantastik və s.tipli kitablara müraciət etmək lazımdır.Uzun sürən "Cinayət və cəza" səyahətindən sonra Aqata Kristinin "Qara qəhvə" əsərini oxumağa qərar verdim.

   Əsər barədə az yazacağam.Romanda məşhur bir fizik zəhərlənərək öldürülür.Detektiv Puaro isə günahkarı tapmalıdır.Cinayət fizikin evində baş verir və 8 şübhəli var.Böyük
Erkül Puaro
işlərin üstünü açmış detektiv Puaro üçün isə bu iş o qədər də çətin olmur və tezliklə,cinayətkarı tapır.
   Əsəri oxuyan zaman Erkül Puaronun qeyri-adi zəkasına heyran olmamaq mümkün deyil.Tez-tələsik nəticə çıxarmaması,ən adi təfərrüatı belə öz xeyrinə olaraq böyüdə bilməsi və insanlara qarşı həssas olması ona qarşı rəğbət hissini oyadır.Əlbəttə ki,Puaro A.Kristinin personajıdır və burada da Puaroya xas olan zəka və məntiqin bilavasitə yazıçıya aid olmasını vurğulamaq lazımdır.
   İndi isə əsərdən seçdiyim qeydləri sizinlə bölüşürəm.

   Puaro həmişə deyirdi ki,özünə hörmət edən peşəkarlar səhər saat 10-dan tez işə başlamazlar.
                                    ***
   -Əziz Lusiya,-qayınatası ona gülümsündü,-həqiqət dəhşət ola bilməz,həqiqət yalnız maraqlı ola bilər.
                                         ***
   -Elm elmdir,elmdə hər kəşf maraqlıdır,-Karelli razılaşmadı.-İstənilən kəşf insanın təbiət üzərində daha bir qələbəsidir.Təbiət nə qədər müqavimət göstərirsə,göstərsin,insan nəticədə təbiətin bir çox sirlərini açır
                                         ***
   Həm dünyanı yaxşı tanımaq lazımdır,həm də bu dünyada yaşayan adamları.
                                    ***
   Tələskənlik maneçilik törədir.

Facebook qrupumuza üzv olmaqla əsəri türk dilində yükləyə bilərsiniz.( https://www.facebook.com/groups/300565883404860/)

Hiç yorum yok:

Yorum Gönder