FYODOR DOSTOYEVSKİ |
Bildiyiniz kimi,söhbət Fyodor Dostoyevskidən və onun romanı "Cinayət və cəza"dan gedir.Bu günə kimi oxuduğum yazıçılara qədər,bəlkə də heç bir yazıçı Dostoyevski Raskolnikov üzərində işlədiyi qədər öz qəhrəmanı üzərində bu qədər işləməmişdir.Dostoyevski bu əsərində təkcə Raskolnikovu yox,digər obrazları da canlı edə bilmişdir.Bu kitabı oxuyan zaman insan,sanki tarixin müəyyən dövründə yaşamış şəxsiyyətlər barədə oxuyur,ədəbi personaj olmasını unudur.Əsərin fəlsəfi qayəsi sadədir:"Bəşəriyyətə böyük xeyir vermək üçün insan bəzi qaydalardan kənara çıxa bilərmi?"Romanın fəlsəfi qayəsinin izahı isə Raskolnikovun dilindən belə söylənilir:
RASKOLNİKOV |
Raskolnikov düşünür ki,qoca sələmçi qarının pulları vasitəsilə bir çox elmi kəşflər və bəşəriyyət üçün digər xeyirli işlər görülə bilər.Yəni bir bitin(Raskolnikov cəmiyyət üçün lazımsız,tamamilə öz mənafeyini güdənləri belə adlandırır) məhv olması nəticəsində bu qədər işlərin ərsəyə gəlməsinə dəyməzmi?O dəfələrlə özünün yerinə Napoleonu qoyur və düşünür.O bu hərəkəti edərmiydi?Və anlayır ki,o bu işi yerinə yetirərdi.
Əsərdən sitat."Gedirəm,bu saat gedirəm ,Dunya!Bu biabırçılıqdan qurtarmaq üçün mən özümü çaya atmaq istəyirdim,amma çayın qırağında durub fikirləşdim,öz-özümə dedim ki,bu vaxta qədərmən özümü qüvvətliadam hesab edirəm,onda heç biabırçılıqdanda qorxmayacağam!Dunya,bu vüqardır?
-Vüqardır,Rodya!
Amma bu işi yerinə yetirmək üçün vicdan əzabına qalib gəlmək lazımdır.Raskolnikov bu işi yerinə yetirir,vicdan əzabına qalib də gəlir,amma anlayır ki,işi sonuna qədər yerinə yetirmədi,yarı yolda çəkindi.Bir vaxtlar Napoleonu öz yerinə qoyan Raskolnikov başa düşdü ki,o Napoleon ola bilməz.Bəlkə də o,Napoleontək cəsarətli və ağıllıdır,amma o bu "qeyri-adi"liyi özündə görə bilmədi.Görmək istədi,amma alınmadı.
Əsərdən sitat."Sonya,indi mən bir şey bilirəm:kim ki,ağılca və ruhca möhkəmdir,qüvvətlidir-insanların da hökmdarı o olur!Kim ki,çox cəsarət göstərir-insanlar içində ,o haqlı olur!Kim ki,ən mühüm şeyə tüpürə bilir-insanların qanun verəni o olur!Kim ki,hamıdan çox cəsarət edə bilir-o hamıdan çox haqlı olur!Bu vaxta qədər belə olub,həmişə də belə olacaq!Ancaq korlar bunu görmür!
Onu da demək lazımdır ki,onun bu fikirləri ilə heç kim razılaşmır və heç kim ona bəraət qazandırmır.Raskolnikovu da təəccübləndirən də məhz bu olur.
Bu əsər yazıçı ilə ilk tanışlığım idi.Gələcəkdə yazıçının digər əsərlərini də oxumaq istərdim.
Facebook qrupumuza(https://www.facebook.com/groups/300565883404860/) üzv olmaqla əsəri 4 dildə(az,tur,eng,rus) yükləyə bilərsiniz.
P.S. Əsərdən seçdiyim qeydlər bunlarla məhdudlaşmır.Yaxın günlərdə bu əsərdən seçdiyim digər qeydləri sizə təqdim edəcəyəm.
Hiç yorum yok:
Yorum Gönder