6 Mart 2013 Çarşamba

                                          CEK LONDON.AĞ DİŞ
      Hesab edirəm ki,hamımız Cek Londonun yaradıcılığı ilə tanış olmasaq da,onun haqqında eşitmişik.Mən bu dəfə onun yaradıcılığına müraciət etməyi qərara aldım.Oxuduğum kitabda Cek Londonun dörd povesti və bir neçə hekayəsi var idi.Amma mən adətim üzrə bir ildə yazıçının yalnız bir böyük əsəri və yaxud bir neçə hekayəsini oxuyuram.Kitabdan yazıçının "Ağ diş" əsərini oxumağa qərar verdim.Buna səbəb isə həmin əsər haqıında çoxlu yaxşı şeylər eşitməyim idi.Əsəri oxumağa başladım,amma müəyyən səbəblərdən oxumağa ara verməyimə baxmayaraq sonda qurtarmağı bacardım.

   Povest bir itin başına gələn əhvalatlardan bəhs edir.Yazıçı bu povestində itin daxili aləmini,onun hər bir hissiyatını ustalıqla qələmə almışdır.Ağ diş ilk öncə acınacaqlı həyat sürür,lakin əsərin sonuna yaxın o,xoşbəxt həyata nail olur.Bu əsərdə ədib öz fikirlərinə də yer vermişdir.Bu isə "Ağ diş"i oxunaqlı edən amillərdən biridir.Cek London bu əsəri ilə demək istəyir ki,heyvanla insan arasında fərq yoxdur.Yəni heyvanda insan kimi şüura sahibdir,düşünür və hər bir hissi duya bilir.Əsərdə həmçinin insanın vəhşiliyi,onun ədalətsiz həyat qanunları pislənir və yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir. 
    Aşağıdakı linkə daxil olaraq bu əsərin ingilis dilində audiobook izləyə bilərsiniz.
 http://www.youtube.com/watch?v=iDvNIpLB_1A

  Tezliklə saytda Cek Londonun "Ağ diş" əsərindən seçdiyim qeydləri paylaşacağam.

4 yorum:

  1. Ağ diş yoxsa Ağ Dişi? şəkildə də "Diş" yazılıb. Fang - dişi köpək mənasını verir. bu niyə Diş olaraq tərcümə olunub? Ətraflı məlumatınız var? mən bu əsəri oxumuşam

    YanıtlaSil
  2. Fang sözünün tərcüməsi dişi köpək deyil,köpək dişi mənasını verir.Əsərin tərcüməsinin də "Ağ köpək dişi" kimi tərcüməsi məqsədəuyğun deyil.Ona görə də tərcümə sadəcə "Ağ diş" kimi səslənir.

    YanıtlaSil
    Yanıtlar
    1. Burada yarı canavar balası olan itin leqebi "Ağ dişdir".Bu leqeb ona it dalaşlarında çoxlu itə qalib gəldiyi üçün verilib.

      Sil