oxuduğum zaman mənə çox maraqlı gəldi.Kitabı almaq qərarına gəldim və tezliklə oxuyub qurtardım.Kitab məndə xoş təəssüratlar doğurdu.
İtaliyalı ədib Antonio Tabukki 1943-cü il 24 sentyabr Pizada dünyaya gəlmişdir.Lakin Vekiano qəsəbəsində baba və nənəsinin yanında böyüyüb.Sonra o Siena universitetində portuqal dili və ədəbiyyatı dərsini keçmişdir.Antonio Tabukki yazıçı olmaqla bərabər ekspert,tənqidçi və tərcüməçi idi.Portuqaliyanı çox sevən bu yazıçı 2012-ci il martın 25-də Lissabonda vəfat etmişdir.
''Pereyra iddia edir'' romanını çoxdandır qurtardığıma baxmayaraq,bu əsər haqqındakı yazını indi paylaşıram.
Əsərin baş qəhrəmanı Pereyra adlı jurnalistdir.Pereyra digər obrazlardan öz təvazökarlığı,cəsarətli olmağı ilə fərqlənir.Hətta o,çoxlu sayda xəbərdarlıqlara baxmayaraq,fransız yazıçısı Alfonsa Dodenin əsərlərini tərcümə etməkdən belə çəkinmir.Pereyra ilk öncə siyasətə qarışmır və maraqlanmır da.Lakin öz vətəni üçün ölümə belə hazır olan gəncləri gördükdə onun əqidəsi tamam dəyişir və vətənsevər gənclərə kömək etməyə başlayır.Beləliklə o,öz ölkəsində baş verən ədalətsizliklərə göz yummur.Həmçinin Pereyra digərləri kimi öz mənafeyinə görə vətənini tərk etmir.Lakin əsərin sonunda o,həqiqəti deməyi hər şeydən üstün tutaraq,vətənində baş verən ədalətsizlikləri öz qəzetində yazır və öz ölkəsini tərk edir.
Əsərdə Pereyra heç vaxt heç kimdən qorxmur və öz sözünü daim söyləyir.Yazıçı həmçinin bu əsərində dünyada yalnız yaltaqların və ikiüzlülərin cəmiyyətdə yer tutduğunu qeyd edir.
İndi isə sizə əsərdən seçdiyim aforizmləri yazıram.
*Bizim mövcudluğumuzun dərin mənasını ümumi şəkildə müəyyən edən həyat və ölüm arasındakı münasibətdir, çünki mövcudluğumuzun ölüm hüduduna malik oması həyatı anlamaqda və qiymətləndirməkdə əhəmiyyətlidir.
*Deyəsən, fəlsəfə həqiqət axtarışı ilə məşğul olur,amma əslində çox güman ki,xəyallar qurur,halbuki ədəbiiyat yalnız bir xəyalın hesabına həqiqəti aşkar edir.
*Hər şeyi anlayıram,senyora Delqado dedi.amma sanıram ki iradə varsa,bütün hər şei etmək mümkündür.
Romanı yaşından asılı olmayaraq hamının oxumasını tövsiyə edirəm.
Hiç yorum yok:
Yorum Gönder