9 Mart 2013 Cumartesi

                           CEK LONDONUN "AĞ DİŞ" ƏSƏRİNDƏN SEÇDİYİM QEYDLƏR
   Oxuduğum kitablar haqqında saytda yazı yazarkən axırda həmin əsərdən seçdiyim qeydləri də sizinlə paylaşıram.Digərlərindən fərqli olaraq,bu dəfəki oxuduğum kitabdan seçdiyim qeydlər geniş və əhatəli idi.Ona görə də bu kitabın qeydlərini ayrıca bir yazı kimi paylaşmağı daha məqbul bildim.Hansısa internet saytına girərkən belə bir fikrə rast gəldim:Oxuduğum  bütün əsərlərdən qeydlər seçib yazıram.Cek Londonun əsərlərindən başqa.Çünki bütöv bir əsəri köçürdə bilmərəm axı.Həqiqətən də belədir.Cek Londonun yazdığı hər bir cümlədə yeni bir məna vardır.Buna baxmayaraq,əsərdə olan ən yaxşı fikirləri seçdim.İndi isə qeydləri sizə təqdim edirəm.

   1) Şimalın tənha hikməti onu məğlub etmişdi.Elə əyib sındırmışdı ki,hərəkətsiz uzanmış,döyüşü mübarizəsiz dayandırmışdı.Soyuq şimal hərəkəti sevmir.O,həyatın əleyhinədir,çünki həyat hərəkət deməkdir.

2) Canlılardan nə desən gözləmək olar,onlarla ehtiyatlı olmaq lazımdır.

3)Su,ilk baxışdan bərk görünmüşdü.Lap torpağa oxşayırdı.Əsl həqiqətdə isə su möhkəm deyildi.Canavar balası bu qənaətə gəldi ki,sən demə,şeylər göründüyü kimi olmur.

4) Dünyanın bütün canlıları iki yerə bölünürlər:yeyənlər və yeyilənlər.Qanun isə belə deyirdi:ye,yeməsən sənin özünü yeyəcəklər!

5) Özgəyə arxalanmaq tənha qalmaqdan asandır.

6)Onu idarə edən,ona hökm verən qanun bundan ibarət idi:güclüyə tabe ol,zəifi məhv et!

7) Elə bil canavar balası palçıq kimi yumşaq bir materialdan hazırlanmışdı.Onun içində çoxlu keyfiyyətlər gizlənmişdi.Ətraf mühit bu palçıqdan istədiyi şeyi düzəldirdi.

8) Ağ diş müdrik it idi.Amma təkcə müdrik olsaydı,onu iki dəfə satan sahibi Qrey Biverin yanına təzədən qayıtmazdı.Lakin ondakı müdriklik sədaqətlə tamamlanırdı.




Hiç yorum yok:

Yorum Gönder