11 Mayıs 2013 Cumartesi

                     ÇİNGİZ AYTMATOV.AĞ GƏMİ
   Çingiz Aytmatovla ikinci tanışlığım bu ilin aprel ayına təsadüf etdi.Bu onun 1970-ci ildə yazmış olduğu "Ağ gəmi" əsəri oldu.Əsər maraqlı və təsirli idi,amma fikrimcə,"Dəniz kənarıyla qaçan Alabaş" qədər dərin
mənalı və güclü təsirə malik deyildi.

   Yazıçı əsərləri üçün mövzunun seçilməsində mahirdir.Lakin ədib A.Kamyu,D.Bussati və s.kimi qəhrəmanların fikirlərini yazmır.O,sadəcə təsvir edir.Bilmirəm,bəldə də bu onun özünəməxsus üslubudur.Lakin,fikrimcə,bu,əsərlərin hamı tərəfindən yaxşı qarşılanmasına mənfi təsir göstərir.Buna səbəbdir ki,mən "Ağ gəmi"dən bircə qeyd belə olsa seçə
bilməmişəm.
   Povest bir uşağın həyatından bəhs edir."Dəniz kənarıya qaçan Alabaş"da olduğu kimi.Və bu əsərdə də uşağın acı taleyi təsvir olunur.Acı taleyə malik digər şəxs isə uşağın babasıdır.Belə baxsaq,bu əsərdə hər bir kəs öz həyatlarından bezmiş bədbəxtdirlər.Uşağın tənhalığı və tənhalıqdan bezib çantası ilə danışması ən təsirləndirici məqamlardan biridir.Uşaq elə bir mühitdə yaşayır ki,burada hər kəsin öz böyük problemi var və hər kəs öz probleminə çarə tapmaq istəyir.Uşağın qayğısına qalan yeganə şəxs onun babasıdır.O anlayır ki,babası yaxşı insandır.Ona görə də gözləri önündə babasının alçalması ona pis təsir edir.
   
Povestdə "Buynuzlu ana maral" hekayəsi əsas yer tutur.Babası ona Buynuzlu ana maralın müqəddəs olduğunu söyləyir.Uşaq isə meşədə maral gördükdə onun gözəlliyinə heyran qalır və Buynuzlu ana maralın olduğunu sanır.Beləliklə həmin maralın kəsildiyini,xüsusilə də babasının onu yediyini gördükdə uşağın psixologiyası alt-üst olur və özünü dənizə atır.
   Uşağın acınacaqlı həyatını yazıçı ustalıqla qələmə almışdır.
   Ümid edirəm ki,gələcəkdə yazıçının digər əsərlərini oxumaqla yenidən yeni bir yazıyla sizin qarşınıza gələcəyəm.

Hiç yorum yok:

Yorum Gönder