27 Mayıs 2013 Pazartesi

                            SEVİMLİ MÜƏLLİMƏLƏRİM
   Artıq 8-ci sinfi başa vurdum.Həmişə yayın gəlişinə çox sevindiyim halda,bu il bir qədər pis oldum.Çünki qayıtdığımda həmin müəllimələr və həmin uşaqlar olmayacaqdı...Səbəb isə məktəbi dəyişməyimdir.

   Məktəbimdə mənə dərs deyən hər bir müəlliməmi çox sevirəm.Mənim üzərimdə hər birinin öz haqqı vardır.
   Mayın ortalarında belə bir qərara gəldim ki,sevdiyim müəllimələrdən ikisinə öz kitabımı hədiyyə edim.

Tarix müəlliməm Afət
müəllimə ən sevdiyim müəllimədir.Onun kitaba olan sevgisini nəzərə alaraq müəlliməmə sevdiyim romanı-"Tatar çölü"nü hədiyyə etdim.












   Sevdiyim müəllimələrimdən biri də sinif rəhbərim Həqiqət müəllimədir.Ona isə sevdiyim əsərlərdən biri və dünyada ən çox satılan kitab olan Paulo Koelyonun "Kimyagər" kitabını hədiyyə etdim.












Hər iki əsər ən bəyəndiyim əsərlərdəndir.İnanıram ki,müəllimələrim kitabları oxuyub,bəyənəcəklər və məni heç vaxt unutmayacaqlar.

4 yorum:

  1. Salam Ayxan. Yazını oxudum və fikirləşdim ki, əgər mən də "Tatar çölü"nü 33 yaşımda yox, sənin kimi 8-ci sinifdə oxumuş olsaydım, yəqin daha ağıllı, daha müdrik bir insan olardım. Kitablarından heç vaxt ayrılma. Sənə uğurlar.

    YanıtlaSil
  2. Çox sağ olun.Mən də sizin bloqunuzla tanışam.Maraqlı bloqunuz var.Sizə də uğurlar arzulayıram.Diqqətinizə görə təşəkkür edirəm.

    YanıtlaSil
  3. Bu yashinda heyatini kitablarla renglendirmeyi bacarmisansa bu senin uchun boyuk ugurdur... Ugurlar Ayxan ...

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş sözlərə görə təşəkkür edirəm.

      Sil