27 Haziran 2013 Perşembe

                      ASLAN QULİYEV."KEÇMİŞ DÖYÜŞÇÜ VƏ OĞLAN"
   Respublikamızda keçirilən mühüm ədəbi müsabiqələr-
dən xəbərim olsa da,heç bir müasir yerli yazarların əsərləri ilə tanış deyildim.Keçən dəfə müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından Aslan Quliyevin "Keçmiş döyüşçü və oğlan" adlı povestini oxudum.Povest bir döyüşçünün həyatından bəhs edir.Qarabağ müharibəsindən tərxis olunmuş bu igid döyüşçü öz kəndinə qayıdır.Rayon icra hakiminin tələbə yoldaşı olduğunu bilib ondan iş istəmək üçün yanına gedir.Amma bu görüş tələbə yoldaşını öldürməklə nəticələnir.İş tapmaq üçün şəhərə yollanmağı qərara alır.Beləliklə,onun faciəli həyatı başlayır...

   Bu dövrdə çoxları rüşvətxor,ədalətsiz olduğu halda əsərin qəhrəmanı vətənpərvərliyi ilə seçilir.Vətənini xainlərdən təmizləmək üçün bir çox adam da öldürür.Səhənd(əsərin qəhrəmanı) mənim üçün müəmmalı qalan qəhrəmanlardan oldu.Gah yaxşılıq etməyə çalışır,gah da insan öldürür.Amma o da var ki,həmin adamları haqlı yerə öldürmüşdür.İlk öncə,Səhəndin adam öldürməyinin günah olduğunu düşünürsən,dərinliyə getdikcə isə onun günahının olmadığını anlayırsan.
   Aslan Quliyev öz qəhrəmanını vətənini canından çox sevən bir obraz kimi qələmə almışdır.Yazıçı bununla demək istəyir ki,əgər o dövrdə belə xarakterli adamların sayı çox olsaydı,çox güman torpaqlarımızı düşmən ala bilməzdi.Amma əfsuslar olsun ki,bu xarakterli insanların sayı azdır.
   Bir çox yerli ədəbi tənqidçilər Qarabağ müharibəsinə aid əsərlərin az olmasından şikayətlənirlər.Oxuduğum bu povest həmin mövzunun bariz nümunələrindəndir.
   Onu da qeyd edim ki,bir neçə ay əvvəl Aslan Quliyev dünya ədəbiyyatının şedvrlərindən olan "Tatar çölü" əsərini dilimizə tərcümə etməklə oxucuları sevindirmişdi.
   "Keçmiş döyüşçü və oğlan" əsərindən seçdiyim qeydləri sizinlə paylaşıram.

   "Kapitan,-fikirli halda dedi,-özünü qoru.Müharibədən qorunmaq daha asandır,haradan atırlar,bilirsən.Arxada isə haradan atıldığını,başlıcası isə kimin atdığını heç də həmişə bilməyəcəksən."
                                        ***
   Yuxarıda qartallar qıy vururdu,aşağıda isə meşə quşları səs-səsə vermişdilər.Qartal ən çox sevdiyi quş idi.Atası deyirdi,"Oğlum,qartal ucalıq sevir,dağda,zirvədə yaşayır,acından ölər,ancaq yem üçün düzə enməz".İnsanlar da quşlar kimi düşünsəydilər,yem üçün,yemək üçün simalarını itirməsəydilər! 

      
   
   

Hiç yorum yok:

Yorum Gönder