Pol Sartr ekzistensializimin görkəmli nümayəndələrindən biri olmuşdur.Növbəti dəfə oxuduğum "Ürəkbulanma" əsəri isə yazıçı ilə ilk tanışlığım oldu.1938-ci ildə yazılmış bu əsər ədibin ilk bədii əsəridir.Bu əsərdə yazıçının ilk fəlsəfi fikirləri öz əksini tapmışdır.
Romanın əsas qayəsini mövcudluq,onun mənası,anlamı və təhlili təşkil edir.Əsəri oxuduqca qəhrəmanın həyata daha fərqli şəkildə yanaşdığını görürsən.Həyatı anlama ilə bağlı bu fərqlilik özünü əsərdə daim büruzə verir.
Antuan Rokanten(qəhrəmanın adı) həyatı,həyatın axarını kənardan seyr edir.Heç vaxt bura daxil olmur.O yalnız öz ürəyində yaratdığı həyata qapılır,ona bağlanır.Əsərin qəhrəmanı pessimist ruhdadır.Bir dəfə qəhrəman dostu ilə insanı sevmək barədə danışdıqda,o bu mövzu haqqında olan fikirlərlə razılaşmır.Dostu isə onu mizantrop(insanlara nifrət edən) adlandırır.Qərhrəman buna etiraz edir və belə cavab verir:"İnsanları sevmək mümkün olmadığı kimi nifrət etmək də mümkün deyil.
Yazıçının fikrincə,hər hansı bir hadisə yaşandığı vaxt macəra olmur.Həmin hadisə olub qurtarandan sonra
macəraya çevrilir.
mənası yoxdur,lakin onu incələməyə dəyər.İnsan hisslərinin özünəməxsus şəkildə ifadə edilməsi Sartr fəlsəfəsinin əsas mahiyyətlərindən biridir.
Sartr fəlsəfəsi zəngin bir fəlsəfədir.Bu fəlsəfəyə laqeyd qalmaq lazım deyil,əksinə,yararlanmaq lazımdır.
Əsərin hansı dildən tərcümə olunduğunu bilməsəm də,tərcümə çox xoşuma gəldi.
İndi isə əsərdən seçdiyim qeydləri sizinlə paylaşıram.
Məhz elə bundan qaçmaq lazımdır-ən kiçik qəribəliyin belə olmadığı nəyisə qəribə təsvir etməkdən.
***
Saat üç-bu etməyə hazırlaşdığın hər şey üçün ya çox tez ya da çox gecdir.
***
Güzgüyə çox baxsan,meymun görərsən.
***
Qələmin ucuna gələn hər sözü seçmədən yazmaq lazımdır.
***
Tarixin qiymətli olması ilə bağlı fikrə düşmədim.Yoxsa o,inkar oluna bilərdi.
***
Həqiqiliyin əsl təbiətini kəşf etdim,o,mövcud olandır,həqiqətən olmayan heç nə mövcud deyil.
***
Həyat məna ilə onda dolur ki,biz ona məna veririk.
***
-Baxın,heç mən də elə düşünmürəm.Fikirləşirəm ki:həyatın məna axtarışlarında çox uzağa getmək lazım deyil.
-Doğrudan?
-Həyatın mənası var,müsyö,məna var...insanlar var.
***
Hər bir varlıq səbəbsiz yaranır,gücsüzcə davam edir və təsadüfən ölür.
Hiç yorum yok:
Yorum Gönder