14 Kasım 2013 Perşembe

FYODOR DOSTOYEVSKİNİN "CİNAYƏT VƏ CƏZA"ƏSƏRİNDƏN SEÇDİKLƏRİM-1

  1)Hər şey adamın öz əlindədir,ancaq o şeyin ki,adam

yanından ötüb keçir ,əhəmiyyət vermir-bunu yalnız qorxduğu üçün edir...bu sübuta ehtiyacı olmayan bir həqiqətdir...İnsanlar ən çox nədən qorxur?Bu çox maraqlıdır.İnsanlar ən çox atacaqları yeni addımdan,söyləyəcəkləri yeni sözdən qorxurlar.Amma mən çox danışıram ha...Çox danışdığım üçün də heç bir şey eləmirəm.Deyəsən elə heç bir şey eləmədiyim üçün də çox danışıram.

  2)Mən bunu harada oxumuşam,harada oxumuşam:ölümə məhkum edilmiş bir adam edam ediləndən bir saat əvvəl deyir,ya da ki,belə fikirləşir:əgər mən yüksək bir yerdə,bir qaya başında yaşasaydım,özü də elə balaca yerdə ki,oraya ancaq ayaqlarımı qoya biləydim;hər tərəfim də uçurum olaydı,okean olaydı,əbədi bir zülmət olaydı,həmişə də tək olaydım,həmişə tufan olaydı,mən də o balaca yerdə bütün ömrüm boyu qalaydım,min illərlə qalaydım,min illərlə qalaydım,əbədi qalaydım,-mən belə yaşamağa razı olardım,lakin indi ölməyə bax!Ancaq yaşayaydım,yaşayaydım,yaşayaydım!Necə yaşasam da-ancaq yaşayaydım!..Bu nə doğru sözdür!İlahi,necə doğru sözdür!İnsan əclafdır!-Bir az sonra əlavə etdi.-Əclaf o adamdır ki,bunun üstündə insana əclaf deyir!..  

  3)Mənə elə gəlir ki,əsil böyük insanlar bu dünyada böyük kədər duymalıdırlar.

  4)Adam bic olduqda,o daha az güman edir ki,onu adi bir məsələdə dolaşdırmaq olar.Ən bic adamı ən adi bir məsələdə dolaşdırmaq lazımdır

  5)Yüz min təfərrüatdan ən kiçiyini nəzərdən qaçırsan-dönüb Misir ehramı yekəlikdə bir dəlil olar.

  6)Lakin dünyada o hər şeydən çox,zəhmətlə və hər cür vasitə ilə qazandığı pulunu sevir,onun qədrini bilirdi:bu pul onu ondan yüksək olan hər şeylə bərabərləşdirmişdi.

  7)O elə bədbəxtdir...elə bədbəxtdir ki...özü də xəstədir...O ədalət axtarır...O təmizdir...O deyir ki,hər şeydə gərk ədalət olsun-bunun belə olacağına inanır da,tələb də eləyir.Ona lazp əzab versələr dəo haqsız iş tutmaz...O bilmir ki,insanlar arasında hər şeyin ədalətlə olması mümkünd eyil,bunu başa düşmür,ona görə də əsəbiləşir...lap uşaq kimidir,lap uşaq kimi!O ədalətlidir,ədalətt də axtarır! 

Hiç yorum yok:

Yorum Gönder