Sonuncu oxuduğum kitab Per Lagerkvistin hekayələri oldu.Bu müəlliflə ilk tanışlığım deyil.Bundan əvvəl mən müəllifin ''Varavva'' romanını oxumuşam.Hekayələr mənim çox xoşuma gəldi və fikrimcə bu hekayələr ''Varavva''
romanından daha maraqlı idi.İndi isə gəlin müəlliflə tanış olaq.
Məşhur İsveç romançısı,şairi və dramaturqu Per Fabian Lagerkvist 1891-ci il may ayının 23-də Cənubi İsveçin Kiçik Veksö kəndində anadan olub.O,Andres Yohan Lagerkvistlə İohanna Lagerkvistin yeddi uşağından ən kiçiyi idi.Lagerkvistin ilk ədəbi tərcümələri 1912-ci ildə dövrü mətbuatda işıq üzü gülmüş ''Insanlar'' povesti və bir neçə şeri olmuşdur.
Per Lagerkvist yaradıcılıq ömrünün böyük bir hissəsini vətəni İsveçdən kənarda-Danimarkada,Fransada,İtaliyada keçirib.Amma onun qələmindən çıxan əsərlər İsveç ədəbiyyatının qızıl fonduna daxil olub.
Per Lagerkvistin əsərləri Xeyirlə Şərin mübarizəsinin fundamental problemlərinə həsr olunub.Müəllifini müasir klassisizmin nəhəngi kimi tanıdıb.OnunCəllad(1933),Cırtdan(1944),Varavva(1950),Sivilla(1956),Mariamna(1958) povest və romanları Göylərin sirri(1919),Gözəgörünməz(1923),Ruhsuz adam(1936) pyesləri və hekayələri dünyanın bir çox dillərinə tərcümə olunub.1951-ci ildə '' bəşəriyyəti daim düçündürən suallara cavab tapmaq uğrunda çalışdığı bədii gücünə və mütləq müstəqil mühakimələrinə görə''Nobel mükafatına layiq görülmüşdür.Yazıçı 1974-cü il iyulun 11-də Stokholm xəstəxanalarından birində beyin iflicindən dünyasını dəyişib.
Mən müəllifin 16 hekayəsini oxudum.Hekayələri 6 günə oxuyub qurtardım.Hekayələrdə yazıçı hər kəsin yalnız özünü düşündüyünü tənqid edir.Həmçinin bütlərə inancı ifşa edir,Tanrı tərəfindən insanlara verilən zəkanın insanların yalnız dünya əleyhinə işlətdiklərini ürək ağrısıyla qeyd edir və yazıçı məhbusların həyata olan ümidlərini kəsilmiş ağac parçasının çiçəklənmasinə bənzədir.Bununla yanaşı doğmalarımızla yaxşı olmağı,onlara qarşı haqsızlıq etməməyi tövsiyə edir.Moris Fleri hekayəsində isə yazıçı insanın daxilində çəkdiyi əzabları böyük ustalıqla təsvir edir.
İndi isə sizə hekayələrdən seçdiyim aforizmləri yazıram.
*Sən öz xoşbəxtliyinə nail oldun.Lakin başaqaları xoşbəxtliklərini itirdilər.
*Şikəst dedi:Ancaq yaxşı adamlarla rastlaşıram.Çünki yalnız yaxşılar mənə sədəqə vermək üçün ayaq saxlayırlar.
*Dünyada yalnız yaxşını görənlər doğrudan xoşbəxdirlər.
*Heç bir canlı insanın əzab çəkdiyi kimi əzab çəkmir.
Təsirli əsərlər sevənlərə bu hekayələri oxumağı məsləhət görürəm.İnanıram ki əgər oxusanız çox xoşunuza gələcək.
Hiç yorum yok:
Yorum Gönder