19 Ekim 2013 Cumartesi

FYODOR DOSTOYEVSKİNİN İLK ROMANI OLAN "KİÇİK İNSANLAR" HAQQINDA

Türkcədən tərcümə edən: Ayxan Əhmədzadə
Mənbə: http://www.idefix.com/kitap/insanciklar-fyodor-mihailovic-dostoyevski/tanim.asp?sid=JPNCB2EO67AH4RC1UZ7X

   1846-cı il.Gənc Dostoyevski ilk romanı olan "Kiçik
insanları" qurtarar-qurtarmaz bir otaqda qaldığı yazıçı Qriqoroviçə oxutdurur.Qriqoroviç o qədər həyəcanlanır ki,bir neçə dəfə qalxıb Fyodorun boynunu qucaqlamaq istəyir.Amma dostunun özünə göstərilən şiddətli heyranlığını bəyənmədiyini bilib bunu etmir.Ertəsi gün Qriqoroviç romanı yazıçı və naşir Nekrasova göstərir;kitabdan çox təsirlənən Nekrasov isə onu Bellinskiyə verir
.Qapıdan içəri girər-girməz "Yeni Qoqol doğuldu" söyləyir.Həmin günün axşamı Bellinskini təkrar görməyə gələndə onu həyəcan içində görür."Niyə gec gəldiniz?Haradadır siz dediyiniz Dostoyevski?Cavandırmı?Neçə yaşı var?Tez onu mənim yanıma gətirin!"
   Bellinskinin evinə gətirilən iyirimi üç yaşındakı gənc yazar,daha sonra orada olub-bitənləri belə xatırlayır:"Və budur...məni onun yanına apardılar.Bellinskini bir neçə il bundan öncə həyəcanla oxumuşdum,amma mənə vahiməli və sərt gəlmişdi və elə düşünürdüm ki,mənim romanıma-"Kiçik insanlar"a rişxənd edəcək.Məni hörmət və təmkinlə qarşıladı.Amma daha bir dəqiqə keçmədi ki,hər şey tamam dəyişdi.Odlu-alovlu gözlərlə danışırdı."Siz özünüz başa düşürsünüzmü?-deyə öz adəti üzrə çığıraraq təkrar-təkrar soruşdu.Bizlərə göstərmiş olduğunuz bütün bu həqiqətləri sizmi düşündünüz?Ola bilməz,iyirmi yaşındakı birinin bütün bunları anlaması mümkün olan iş deyil.Siz həqiqəti kəşf etmiş və bir yazıçı olaraq elan etmişsiniz.Sizə istedad verilmişdir,istedadınızın qiymətini bilin və əmin olun ki,siz böyük yazar olacaqsınız."

Hiç yorum yok:

Yorum Gönder