Sizə oxuduğum əsərlərin siyahısını təqdim edirəm:
DEYƏSƏN,FƏLSƏFƏ HƏQİQƏT AXTARIŞI İLƏ MƏŞĞUL OLUR,AMMA ƏSLİNDƏ ÇOX GÜMAN Kİ,XƏYALLAR QURUR,HALBUKİ ƏDƏBİYYAT YALNIZ BİR XƏYALIN HESABINA HƏQİQƏTİ AŞKAR EDİR. (ANTONİO TABUKKİ)
31 Aralık 2013 Salı
2013-CÜ İLDƏ OXUDUQLARIM KİTABLAR
Salam.2013-cü ilin son bloq yazısında bu il oxuduğum kitablar haqqında yazmaq istərdim.İlk öncə onu qeyd etməliyəm ki,2013-cü ildə oxuduğum kitabların sayı məni qane etmədi.Düzdür,keçən illə müqayisədə iki dəfə çox oxusam da,fikrimcə,bir kitabsevər üçün ildə 28 əsər oxumaq azdır.Bu zaman bir hind atalar sözü yadıma düşür."Başqasından üstün olmağımız əhəmiyyətli deyil.Əsl əhəmiyyətli olan şey,dünənki halımızdan üstün olmağımızdır."
28 Aralık 2013 Cumartesi
ƏHƏD ƏHMƏDOV-84
Özümü tanıyandan evimizdə həmişə məhəbbətlə
anılan bu adı eşitmişəm-Əhəd baba!Əhəd Əhmədov-anamın babası,babamın atası!İndi də onun haqqında danışılanda anamın gözlərinin dolduğunu görürəm.Babam onun ilk övladı,anam isə ilk nəvəsi olub.Öz anasının adını anama qoyub.
1929-cu ilin dekabrın 29-da Şuşada anadan olan Əhəd Əhmədov orta məktəbi Şuşada bitirmiş,sonra isə BDU-nun filologiya fakültəsində təhsil almışdır.Universiteti bitirdikdən sonra bir müddət Şuşada işləmiş,sonra yenidən Bakıya qayıdaraq, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olub bütün taleyini həmişəlik bu elm ocağı ilə bağlamışdı.
Kaydol:
Kayıtlar (Atom)