1929-cu ilin dekabrın 29-da Şuşada anadan olan Əhəd Əhmədov orta məktəbi Şuşada bitirmiş,sonra isə BDU-nun filologiya fakültəsində təhsil almışdır.Universiteti bitirdikdən sonra bir müddət Şuşada işləmiş,sonra yenidən Bakıya qayıdaraq, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olub bütün taleyini həmişəlik bu elm ocağı ilə bağlamışdı.
Xatirəsinə həsr olunmuş "Görkəmli pedaqoq-alim" kitabında onun elmi-metodik yaradıcılığından nümunələr olmaqla bərabər,həm də onu tanıyanların,alim həmkarlarının fikirləri qələmə alınmışdır.
Bu rəyləri oxuduqca fikirləşirəm ki,ondan bəhs edənlər sanki eyni bir portreti yaradırlar:nurlu sima,ciddi görkəm,şax yeriş...Onun haqqında hamı eyni sözləri deyir:savadlı alim,dərin zəka sahibi,əsl ziyalı,təcrübəli müəllim,ləyaqətli insan,sadiq dost!
Qəbrin nurla dolsun,Əhəd baba!Təəssüf ki,səninlə həmsöhbət olmaq mənə qismət olmadı.Amma hər zaman sənin şərəfli adını uca tutub sənə layiq olmağa çalışacağam!
İnşallah,gələn yazılarımda onun qələmə aldığı kitablardan geniş bəhs edəcəyəm.
Ayxan,Ehed babamiz haqqinda yazdiqlarini cox beyendim..seninle fexr edirem (Aynur)
YanıtlaSilSağ ol.Təşəkkür edirəm!
YanıtlaSilsadece halal olsun!
YanıtlaSil