22 Şubat 2014 Cumartesi

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI

   Bir müddət öncə "Heydər Əliyev və Azərbaycanın milli
qəhrəmanları" adlı bir kitabla tanış oldum.Kitabda Heydər Əliyevin Milli Qəhrəmanlarımız barədə çıxışları,Milli Qəhrəmanlar və onların ailə üzvlərinin Azərbaycan xalqına müraciəti,qəhrəmanlarımızın təltif olunduğu medalların təsviri,onlara yüksək dövlət mükafatlarının təqdim edilməsi və s. əks olunur.Kitabda hər bir Milli Qəhrəmanlarımızın şəkli və işğal olunmuş ərazilərimizin xəritələri də vardır.
   Kitabın ideya müəllifləri Elşən Uluxanlı və Nurəddin Abbasovdur.Fikrimcə,Milli Qəhrəmanlarımız haqqında yazılan,deyilən,gələcək nəsillərə çatdırılan hər nə varsa,ilk növbədə bir savab iş kimi qiymətləndirilməlidir.Çünki onları anmaq,heç bir zaman unutmamaq,dönə-dönə xatırlamaq bizim müqəddəs borcumuzdur.Qəhrəmanlarımız hər bir xalqın hər zaman ən böyük önəm verdiyi vətən,torpaq uğrunda vuruşublar.Əsrlər boyu ata-babalarımız bu torpaq uğrunda canlarından keçmiş,onu nəsillərə ötürmək üçün əllərindən gələni əsirgəməyiblər.Amma,bəzən tarix onlara çox sarsıdıcı zərbələr vurub.
   Belə ağır vəziyyətlə indi biz üzləşmişik.Artıq 20 ildən çoxdur ki,cənnət Qarabağsız yaşayırıq.Nə qədər danışsaq,gülsək də bu ağrı ürəyimizdədir.Çünki torpaq itkisi ilə barışmaq olmur.Bu torpaq uğrunda döyüşlərdə neçə-neçə qəhrəman oğullarımız öz canlarından keçiblər.Elə oğullarımız var ki,müharibədə şikəst olub,əlil vəziyyətinə düşüb.Biz onların göstərdiyi qəhrəmanlıqları unuda bilmərik.Onlar ən ali mərtəbəni-şəhidlik zirvəsini qazanıblar.Bu hər oğula nəsib olmur.Gözəl bir fikir var:"Torpaq əgər uğrunda ölən varsa Vətəndir!"
   Şəhidlər Xiyabanını dəfələrlə ziyarət etmişəm.Hər dəfə də ürəyim qürurla,fərəhlə dolur.Adam fikirləşir ki,bu cür oğulları olan vətən gec-tez öz torpaqlarına qovuşacaq.Mübariz İbrahimov kimi oğulların vətəni düşmən əlində qala bilməz!
   Kitabı vərəqlədikcə,bu qəhrəmanlarımıza ayrı-ayrılıqda diqqətlə baxıram.Gör neçə-neçə oğullarımız səndən ötrü ölümü gözə aldılar,Vətən!
   Canlarına qıydılar,amma sənə qıymadılar.İnşallah,onların daim bütöv görmək istədikləri Azərbaycanımızın düşmən əlində olan torpaqlarını sənə qaytaracağıq,Vətən!

Hiç yorum yok:

Yorum Gönder