Hər
bir ölkənin tarixində çoxlu sayda yazıçılar, musiqiçilər, rəssamlar və başqa sənət
nümayəndələri
Əli bəy Hüseynzadə |
yetişə bilər.Lakin müstəsna xidmətləri olan insanlara bəşəriyyətdə
çox az-az hallarda rast gəlinir.Onlar öz fikirləri və hərtərəfli
yaradıcılıqları ilə bütöv bir topluma təsir edə bilir, beləliklə də həm özlərini,
həm də daxil olduqları xalqın adını dünyada ucaldırlar.
Belə
şəxsiyyətlərdən biri də Əli bəy Hüseynzadədir desək, yanılmarıq.76 illik həyatı
boyunca alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim və jurnalist
kimi fəaliyyət göstərməsi və bu sahələrin hər birində özünəməxsus iz qoyması
onun necə böyük bir dühaya sahib olduğunu sübuta yetirir.
Türkçülüyün “Ana Yasası” kimi dəyərləndirilən “türkləşmək,islamlaşmaq,avropalaşmaq”
triadasının müəllifliyi ilə yanaşı, o bu fikrini geniş şəkildə təhlil
etmişdir.Düşünən adamların da ən üstün cəhəti də elə budur...Onlar gərək söylədikləri
hər bir fikri tarixi dəlil və arqumentləri ilə isbat etsinlər və insanların
beyninə yerləşdirsinlər.Əli bəy maarifçiliyə və elmə daha çox üstünlük
verirdi.Çünki anlayırdı ki, türkləri yalnız bu xilas edə bilər. O söyləyirdi:”Türk
xalqları birinci dövrdə qılıncla (Hun imperatorluğu dövrü nəzərdə tutulur),
ikinci dövrdə dinlə (Osmanlı imperatorluğu dövrü) parlamışdırsa, indi isə, yəni
üçüncü dövrdə (XX əsrdə) elm və biliklə parlamalıdırlar...”, “Bizə qılınc
deyil, əhli-maarif lazımdır.”
O öz
qiymətli fikirlərini redaktoru olduğu “Kaspi”, “Həyat” və “Füyuzat” mətbu
orqanlarında açıqlayırdı.Əli bəy anlayırdı ki, artıq elm zamanı gəlir, bilirdi
ki, bu həqiqəti bir və ya bir neçə nəfərin bilməyi heç nəyi dəyişməyəcək.Buna
görə də o, sovet rejiminin bütün basqı və qadağalarına baxmayaraq, müxtəlif
yollarla bu həqiqəti türk xalqlarına çatdırmaq istəyirdi.Əli bəy əmin idi ki,
onu gələcək nəsillər anlayacaqlar və bundan ilhamlanaraq türk millətini daim
maarifləndirməkdən usanmırdı.O deyirdi:”Qalib olmaq o camaatındır ki, həyata
açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...”
Əli bəy
Hüseynzadə öz yaradıcığı ilə türkçülüyün inkişaf yollarını göstərmiş böyük və
yorulmaz mütəfəkkirlərimizdən biridir.O, “Hali-Vatan” şerində söyləyir:
“Ayıltmadı qələmim
Şu
türk ilə əcəmi.
Nə
qoydular yazayım,
Nə
qırdılar qələmi.”
Təbii
ki, Sovet işğalına məruz qalan Vətəninin pərişan halı onu çox üzürdü.Onun xalqı
üçün düşündüyü parlaq fikirlərin, gözəl gələcəyin reallaşmasına sanki sədd oldu
bu işğal.Amma buna baxmayaraq, o, daim yazıb-yaradır, heç zaman ruhdan
düşmürdü.
Əli bəy
həm də bacarıqlı rəssam idi.”Şeyxülislamın portreti” və “Bibiheybət məscidi” rəsm
əsərləri onun necə böyük bir istedada sahib olduğunu göstərir.Bu rəsm əsərləri
Avropa Renessans dövrünün tablolarından heç də fərqlənmir.
Adətən,
bu cür şəxsiyyətləri “mütəfəkkir” adlandırırlar.İzahlı lüğətdə də “mütəfəkkir”in
mənası “düşünən”, “fikirləşən” deməkdir.Həqiqətən də, Əli bəy Hüseynzadə öz təcrübəsi
və zəkası sayəsində növbəti əsrin “elm əsri” olacağını söyləmişdi.Və budur, həmin
dövr gəldi...Bu isə əsl uzaqgörənlikdir...Biz başa düşürük ki, bu ziyalılar gələcək
nəsil üçün, yəni bizlər üçün bu qədər çarpışıb-vuruşurdu.Onlar yolunu davam
etdirmək, fəaliyyətlərinə layiqli qiymət vermək isə biz gənclərə düşür.Biz hər
zaman Əli bəy Hüseynzadə kimi dahilərdən yararlanmalıyıq.Fikrimcə, hələ çox nəsillərimiz
bu qüdrətli zəka sahibindən öyrənəcəklər.
Hiç yorum yok:
Yorum Gönder