ÇİNGİZ XAN
Axırıncı oxuduğum əsəri digərlərindən fərqləndirən əs
as cəhət,ilk dəfə idi ki,konkret bir tarixi şəxsiyyət haqqında olması idi.
Vaxtilə bu tarixi şəxsiyyət ərazisi Kiyevdən Sakit okeanın sahillərinə qədər uzanan bir dövlətin başçısı idi.Haqqında danışdığım şəxsiyyət Çingiz xandır.Əsərin həcmcə böyük olmasına baxmayaraq,Çingiz xanın hakimiyyətə gəlmək üçün xeyli tayfalarla etdiyi döyüşlər təsvir edilməmişdir.Əsərdə Çingiz xanın Xarəzmşahlarla etdiyi müharibəni və onun sonrakı fəthlərini görmək mümkündür."Çingiz xan" romanında hər bir fəsli o zamana aid yazılı mənbə ilə başlaması mənim xoşuma gəldi.Romanda Çingiz xanın ordusu ilə Xarəzmşahlar dövlətinin müharibəsi geniş
şəkildə əks olunmuşdur.O dövrün ən qüdrətli dövləti olan Xarəzmşahların hökmdarı Məhəmmədin döyüşlərə girməkdən çəkinməsi və Çingiz xanın düzgün taktikası sonda Xarəzmşahların Çingiz xan tərəfindən darmadağın olunması ilə nəticələnir.Xarəzmşahların süqutuna çox az qalmış Məhəmmədin hakimiyyəti oğlu Cəlaləddinə verməsi onun acizliyinin daha bir sübutudur.Düzdü,Bu zaman Cəlaləddin bir sıra uğurlar qazanır,amma bu dövlətin süqutunun qarşı
sını ala bilmir.Əsərdə ən diqqətçəkən məqamlardan biri monqollar Qafqazı,Rusiyanı tutarkən Çingiz xanın bu yürüşlərdə iştirak etməməsi idi.O,ordunu ən yaxın sərkərdələrinə tapşırır və onlara güvənir.Onun bu yürüşlərdə iştirak etməyərək sərkərdələrinə inanması Çingiz xanın böyüklüyünün bir göstəricisidir.Çingiz xanın ən uğurlu işlərindən biri qanunlardan ibarət "Böyük Yasa" qurması idi.Hal-hazırda da Türkiyənin konstitusiyası "Anayasa" adlanır.Əsərdə Çingiz xan və ordusunun vəhşiliklərinin təsviri məndə Çingiz xan şəxsiyyəti haqqında mənfi təəssüratlar doğurdu.Bəli,qüdrətli
hökmdarlar müəyyən qədər sərt və amansız olmalıdırlar.Lakin sadə xalq kütlələrin qarşı vəhşiliklər edilməsi böyük sərkərdəyə yaraşmayan bir
hərəkətdir.Bu zaman Makedoniyalı İsgəndərin bir ifadəsi yada düşür:Ən böyük məhəbbətə o adam layiqdir ki,qüdrətli ola-ola qorxu oyatmır.
Çingiz xan böyük şəxsiyyətdir,onun haqqında olan bu kitabı oxumaq mənim üçün maraqlı oldu.Ümid edirəm ki,oxuyacağım yeni tarixi əsərlə yenidən sizin qarşınıza gələcəyəm.
Aşağıdakı linkə daxil olaraq kitabı rus dilindən oxuya bilərsiniz.
royallib.ru/read/yan_vasiliy/chingishan.html#0
Hiç yorum yok:
Yorum Gönder