Bu həftə sevincli olmağımın səbəbi kitabxan
ama daha iki kitab artırmağım idi.Kitabları üç gün bundan qabaq metro keçidindən aldım.
Bunlardan biri məşhur alman filosofu Fridrix Nitsşenin "Zərdüşt belə deyirdi" adlı romanıdır.Bundan əvvəl kitab haqqında məlumatım var idi və tezliklə bu kitabı almaq haqqında düşünürdüm.Kitab haqqındakı yazıda "Bu əsər dünya fəlsəfi fikrinin zehinlərdə dərin iz buraxan on kitabından biri sayılır" oxuyarkən əsər məni cəlb etmişdi.Əsərin iki tərcüməçisi var.Əlisa Nicatın birinci hissədən başqa digər hissələri tərcümə etməsi məni sevindirdi.Çünki on
un tərcümələri həmişə gözəl olur.
İkinci kitab isə Qanun nəşriyyatı tərəfindən yeni nəşr olunmuş Dino Bussatinin "Tatar çölü" romanıdır.Roman haqqında oxuyarkən əsərin dünya ədəbiyyatında şedevr olduğu söylənilir.Həmçinin əsərin mövzusu xoşuma gəldi və beləliklə,kitabı aldım.
Tatar Çölü'nü oxudum, tercüme çox zeifdi, rusca tapıb oxumalı olacağam.
YanıtlaSilMən isə "Tatar çölü"nü dünən başladım.
YanıtlaSil