Sonuncu oxuduğum kitab barəsində bloqda yazmaq
fikrim yox idi.Amma bloq ziyarətçiləri üçün bu əsər haqqında məlumat verməyi özümə borc bildim.Bu Kurt Vonnequtun "Sallaqxana N5 və ya uşaqların səlib yürüşü" adlı romanıdır.Kitabı bir neçə ay bundan qabaq aldığıma baxmayaraq bu günlərdə oxuya bildim.
Əsər 10 fəsildən ibarətdir.Birinci hissədə yazıçı əsərin necə əzab-əziyyətlə ərsəyə
gəlməsindən danışır.Sonradan isə Billi Pilqrim adlı qəhrəmanın taleyindən söz açılır.Əsərdə Drezden bombardmanı əsas mövzudur.Belə ki,bu qəhrəman Drezden bombardmanının canlı şahidi olur və onun dəhşətlərini,törətdiyi ağır faciələri hamıya danışır.Billi Pilqrim həmçinin Tralfamador adlı planetin olduğunu söyləyir və qəhrəmanı digərlərindən fərqləndirən bir cəhət də var:zamanda səyahət edə bilir.
Müharibəyə həsr olunmuş əsərləri sevsəm də,oxuduğum bu kitab mənə maraqsız gəldi.
Aşağıdakı linklər vasitəsilə əsəri elektron varianta oxuya bilərsiniz.
http://memberfiles.freewebs.com/96/44/85154496/documents/slaughterhouse%20-%20five.pdf - ingilis dilində
http://vk.com/doc206042586_183482421?hash=5aa1a64a0adcd7c95f&dl=28aabb49a7217e1962 - rus dilində
Əsərdən seçdiyim qeydlər:
Əgər indilik Yer kürəsi digər planetlər üçün təhlükə təşkil etmirsə də,bu yaxınlarda olacaq.Ona görə mən sizdən sülhün sirrini öyrənmək və onu Yerə aparıb hamımızı xilas etmək istəyirəm:Bütün planet necə sülh içində yaşaya bilər?
***
Bu hekayədə ona görə böyük şəxsiyyətlər və dramatik qarşıdurmalar olmur ki,qəhrəmanların əksəriyyəti böyük qüvvələrin əlində oyuncaq olacaq qədər zəifdirlər.Müharibənin ən böyük təsirlərindən biri də bu idi.İnsanlar şəxsiyyət olmağa cəsarət etmirdilər.
***
Allahım,mənə dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək üçün
SƏBİR
Dəyişdirə biləcəyim şeyləri dəyişdirmək üçün
CƏSARƏT
Aradakı fərqi görə bilmək üçün
MÜDRİKLİK
Bəxş et!
Allahım,mənə dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək üçün
YanıtlaSilSƏBİR
Dəyişdirə biləcəyim şeyləri dəyişdirmək üçün
CƏSARƏT
Aradakı fərqi görə bilmək üçün
MÜDRİKLİK
Bəxş et! --- Ele bu sozlere gore kitabi oxuyacagam:)