21 Ekim 2013 Pazartesi

ANTON ÇEXOV."BUQƏLƏMUN"(1/2)

   Görkəmli rus yazıçısı Anton Çexov dünyada daha çox qısa hekayələri ilə
tanınır.Özümün türk dilindən tərcümə etdiyim "Buqələmun" hekayəsi də onun yaradıcılığına aiddir.Hekayəni sizə təqdim edirəm.
                                 
                            Buqələmun(hekayə)
                             

   Polis müfəttişı Oçumyelov əynində palto,qoltuğunun altında paket bazar meydanına doğru irəliləyirdi.Arxasında isə qızılı saçlı bir polis onunla birlikdə gedirdi.Hər tərəf səssiz idi.Hər yer sükuta qərq olmuşdu.Dükanların və meyxanaların açıq qapıları həsrətlə müştəri gözləyirdi.Ətrafda dilənçi belə görmək mümkün deyildi.
   Uzaqdan kimsə çığırdı:
   -Dişlədi əclaf!Səni lənətə gəlmiş heyvan!Ey,uşaqlar tutun,qaçmasın!
   İt əsəbi halda mırıldadı.Oçumyelov səslərin gəldiyi səmtə baxdı və həmin iti gördü.Ardınca  bir adam Piçuqinin taxta anbarından çıxar-çıxmaz jiletini düymələmədən itin arxasıyca qaçdı.Həmin adam özünü qabağa atıb yerə yıxıldıvə itin arxa ayağını tuta bildi.İt aman istəyirmiş kimi hürdü.Uzaqdan "tutun qaçmasın" səsləri yenidən eşidildi.Dükanlardakı adamlar əsnəyə-əsnəyə həmin yerə toplaşdılar.Tezliklə taxta anbarının ətrafı xeyli sayda insanla doldu.Polis bunun davaya oxşadığını Oçumyelova söylədi.Oçumyelov yolunu dəyişdirib izdihama doğru irəlilədi.Jiletini düymələməmiş həmin şəxs isə anbar qapısının qırağında dayanaraq sağ əlini havaya qaldırdı.Bununla o qanayan barmağını göstəriridi.Ürəyində intiqam hissinin alışıb-yandığını üzündən müəyyənləşdirmək olurdu və o,barmağını hələ də zəfər bayrağı kimi havada saxlamaqda davam edirdi.Oçumyelov diqqətlə baxarkən,onun nalbənd Hirukin olduğunu gördü.Bu izdihama səbəb olan rus iti isə tir-tir titrəyir,iri gözlərində səfalət və qorxu görünürdü.
   Oçumyelov işə qarışaraq dedi:
   -Burada nə baş verib?Qışqıran kimdir?
   -Hörmətli müfəttiş!Mən burada sakit halda Mitri Mritiçin buxarısı üçün əldə olunan odun haqqında danışırdım.Birdən bu heyvan məni səbəbsiz yerə dişlədi.-Hirukin öskürməyə başladı.-Üzr istəyirəm canab müfəttiş.Amma mən bir işçiyəm və mənim zərərim ödənilməlidir.Bəlkə də barmağımı həftələrlə işlədə bilməyəcəyəm.Əgər it hamımızı istədiyi vaxt dişləsə,heç həyatı yaşamağın mənası olmaz.
   -Yaxşı.Həll edərik.Mən bu işin üzərində dayanacağam.İnsan hüquqlarının tapdalanmasına icazə verməyəcəm.Yeldrin, tez itin sahibini tap və yanıma gətir.-Oçumyelov əsəbiləşdi.-İti isə bir yerə bağlayın.Çox güman ki,quduzdur.
   İzdihamın içindən bir nəfər qışqırdı:
   -Deyəsən,it general Ziqalovundur.
   Oçumyelov tərəddüd etdi:
   -Yeldrin,paltomu çıxartmağıma kömək elə.Hava çox istidir,yəqin yağış yağacaq.-sonra isə Oçumyelov söhbətə qayıtdı.-Burada anlaşılmayan bir şey var.İt sənin barmağını necə dişləyə bilər axı?Bəlkə sən barmağına mismar batırıb itin üzərinə atırsan?Sənin kimiləri çoxdan tanıyırıq.

Hiç yorum yok:

Yorum Gönder