21 Ekim 2013 Pazartesi

ANTON ÇEXOV."BUQƏLƏMUN"(2/2)

 

Biri dilləndi:
   -Cənab müfəttiş!Bu yalançının biridir.Zarafat üçün siqareti itin ağzına saldı.
   -Cəfəngiyyatdır!Cənab müfəttiş ağıllı adamdır.Kimin yalan,kimin düz danışdığını o aydınlaşdıracaq.Əgər mən yalan danışıramsa,məhkəmə qarşısında öz cəzamı alaram-Hirukin dedi.
   -Kəs səsini!-Oçumyelov qışqırdı.
Polis üzünü müfəttişə tutdu:
   -Xeyr.Bu it generalın deyil.Çünki onun bütün itləri Seter cinsindəndir.
   -Əminsən?-Oçumyelov soruşdu.
   -Bəli,cənab.

   -Mən də generalın bütün itlərinin yalnız cins itlər olduğunu bilirdim.Bu isə zavallı bir məxluqdur.Moskva və Peterburq kimi şəhərlərdə belə küçə itlərinin taleyi haqqında düşünərkən adam dəhşətə gəlir.Buna baxmayaraq Hirukin yaralandı və bu it kimindirsə,həmin şəxs öz cəzasını alacaq.
   -Amma bəlkə də generalındır.Üzərində yazmayıblar ki.Keçən günlərdə generalın həyətində buna bənzər bir it görmüşdüm.-deyə polis mızıldandı.
   -Bu itin general Ziqalova məxsus olduğuna əminəm.-izdihamdan bir səs eşidildi.
   Şiddətli külək əsirdi.Yeldrin Oçumyelova paltosunu geyinmək üçün kömək etdi.
   -Yeldrin,bu itin olub-olmadığını öyrən və məni məlumatlandır.Əgər it generalındırsa,qiymətli olmalıdır və ağzına siqaret salınıbsa,it tez bir zamanda öləcək.Bu isə xoşagəlməz bir haldır.Nə dayanmısan?Tələs.-Oçumyelov əsəbiləşdi.
   -Uzaqdan generalın aşpazı gəlir.Ondan soruşaq.
   -Salam Proxor.Bu it generalındır?-deyə Yeldrin iti göstərərək soruşdu.
   -Xeyr.Generalın belə bir iti yoxdur....
   -Boş-boşuna vaxtımızı itiririk.Əgər adi bir küçə itidirsə,onun məhv edilməsi zəruridir.
   -İt bizim yox,generalın dünən gələn böyük qardaşınındır.Generalın ovçuluğa maraq göstərməməsinə baxmayaraq,onun böyük qardaşı ovçuluğu çox sevir.
   -Cənabımızın böyük qardaşının bura gəlişini həqiqətən bilmirdim.Ziyarətə gəlib?-deyə Oçumyelov süni bir gülüşlə Proxora baxdı.
   -Bəli.
   -Yəqin qardaşı üçün çox darıxır.-Oçumyelov gülümsündü.-Deməli bu cənabımızın qardaşının itidir.Buna çox şad oldum.Gözəl və xoş bir itdir.Sadəcə olaraq bir nəfərin barmağını dişləyib.-yenidən gülməyə başladı. Bir qədər sonra aşpaz it ilə birlikdə oradan uzaqlaşdı.Camaat isə Hirukinə istehza edirdi.Oçumyelov üzünə Hirukinə tutub "bunun əvəzini səndən çıxacağam" dedi və öz yoluna davam etdi.

Hiç yorum yok:

Yorum Gönder