21 Ekim 2013 Pazartesi

JAN-MARİ QUSTAV LÖ KLEZİÖ."RAQA.GÖZƏGÖRÜNMƏZ QİTƏYƏ YANAŞMA"

     Axır ki,aksiyadan aldığım kitablardan birini oxuyub 
qurtara bildim.Bu,J.M.Q.Lö Kleziönün "Raqa" əsəri idi.

   Kitab 1980-cı ildə müstəqillik qazanmış Vanuatuya aid olan Raqa adasından bəhs edir.Yazıçı adanın tarixi,əhalisi,onların məşğuliyyəti və s.haqqında ətraflı məlumat vermişdir.Əsər bir neçə hissəyə bölünmüşdür.Birinci hissə adanın kimlər tərəfindən və nə vaxt kəşf olunmasıyla bağlıdır.Sonrakı hissələrdə isə adanın coğrafi şəraiti,qədim tarixi,o cümlədən adanın əhalisi,onların məşğuliyyətləri və s.barədə məlumatlar əldə etmək olar.

   
Onu qeyd edim ki,bu əsərin müəllifi J.M.Q.Lö Kleziö 2008-ci ildə Nobel mükafatına layiq görülmüşdür."Raqa" onun ən məşhur əsərlərindən deyil və sözsüz ki,onun Nobel almasında bu əsər heç də köməklik göstərməyib.
   Yazıçı əsərin bəzi məqamlarında insani hisslərin təsvirinə də yer vermişdir.Məsələn,müasirlikdən geri qalan bu gözəgörünməz adanı tərk edən insanın hiss və düşüncələrini ədib ustalıqla təsvir edə bilmişdir.
   Kitab həcmcə çox kiçikdir.Dünyagörüşünün artırılması üçün bu kitabı oxumağı məsləhət görürəm.Coğrafiya sevənlər üçün isə bu,əvəzedilməz kitabdır.
   
   
İndi isə əsərdən seçdiyim qeydləri paylaşıram.

   Müasir zamanda Amazon selvaslarından tutmuş Antarktidanın donmuş kanyonlarına  qədər tədqiq olunmamış bir arpan torpaq parçası belə qalmamışdır.Hər yer tədqiq edilib,şəkilləri çəkilib,süni peyklərin soyuq gözü ilə öyrənilib təhlil edilib.Əgər hələ də açılmamış sirr varsa,o da insanın içində,ruhundadır,zamana qarışan və sonra yenidən peyda olaraq insanların dəriləri üzərində dolaşan arzuları,əfsanələri,maska və nəğmələrindədir.

                                            ***
   Bizim eranın XV əsrində kral Matanın dövründə baş verən güclü zəlzələ nəticəsində Kuvae adası bütövlükdə okean sularında qərq oldu.Əfsanədə bu fəlakətə bir həşəratın səbəb olması göstərilir.Vətənin,doğma yurdunun bir parçasının çatmadığını anlayanda bu torpaq və yurd anlayışı səndə qəribə hisslər oyadır.Bu,bədən üzvü amputasiya edilmiş insanın arzusuna bənzəyir.Bunda nəsə namümkün,bitməmiş bir şey var.

                                            ***

   Dünyaya bu uçurumun kənarında göz açmısansa,müba-
rizə aparmağı da öyrənməlisən.

                                            ***

   Onlara məxsus olan hər bir şey,incəsənət,musiqi,ovsunçuluq,hətta dillərinin yaranması belə onların müqavimət göstərə bilmək iradəsinin və öyrənmək həvəsinin göstəricisidir.Onlarda hər şey,dünyanı başa düşmə tərzləri belə onların dəyişə bilmək,sağ qalmaq və yenidən canlanmaq bacarıqlarından xəbər verir.

Hiç yorum yok:

Yorum Gönder