30 Mart 2013 Cumartesi

                                               YENI İKİ KITABIM
   Bu həftə sevincli olmağımın səbəbi kitabxan
ama daha iki kitab artırmağım idi.Kitabları üç gün bundan qabaq metro keçidindən aldım.

29 Mart 2013 Cuma

                                   VASİLİ QRİQORYEVİÇ YAN.
                         ÇİNGİZ XAN
   Axırıncı oxuduğum əsəri digərlərindən fərqləndirən əs
as cəhət,ilk dəfə idi ki,konkret bir tarixi şəxsiyyət haqqında olması idi.

9 Mart 2013 Cumartesi

                           CEK LONDONUN "AĞ DİŞ" ƏSƏRİNDƏN SEÇDİYİM QEYDLƏR
   Oxuduğum kitablar haqqında saytda yazı yazarkən axırda həmin əsərdən seçdiyim qeydləri də sizinlə paylaşıram.Digərlərindən fərqli olaraq,bu dəfəki oxuduğum kitabdan seçdiyim qeydlər geniş və əhatəli idi.Ona görə də bu kitabın qeydlərini ayrıca bir yazı kimi paylaşmağı daha məqbul bildim.Hansısa internet saytına girərkən belə bir fikrə rast gəldim:Oxuduğum  bütün əsərlərdən qeydlər seçib yazıram.Cek Londonun əsərlərindən başqa.Çünki bütöv bir əsəri köçürdə bilmərəm axı.Həqiqətən də belədir.Cek Londonun yazdığı hər bir cümlədə yeni bir məna vardır.Buna baxmayaraq,əsərdə olan ən yaxşı fikirləri seçdim.İndi isə qeydləri sizə təqdim edirəm.

6 Mart 2013 Çarşamba

                                          CEK LONDON.AĞ DİŞ
      Hesab edirəm ki,hamımız Cek Londonun yaradıcılığı ilə tanış olmasaq da,onun haqqında eşitmişik.Mən bu dəfə onun yaradıcılığına müraciət etməyi qərara aldım.Oxuduğum kitabda Cek Londonun dörd povesti və bir neçə hekayəsi var idi.Amma mən adətim üzrə bir ildə yazıçının yalnız bir böyük əsəri və yaxud bir neçə hekayəsini oxuyuram.Kitabdan yazıçının "Ağ diş" əsərini oxumağa qərar verdim.Buna səbəb isə həmin əsər haqıında çoxlu yaxşı şeylər eşitməyim idi.Əsəri oxumağa başladım,amma müəyyən səbəblərdən oxumağa ara verməyimə baxmayaraq sonda qurtarmağı bacardım.

3 Mart 2013 Pazar

                                Corc Oruell-Heyvanıstan-2
"Heyvanıstan" əsərində çoxlu sayda siyasi məqamlar vardır ki,onu da başa düşmədən oxumaq mənasız və əhəmiyyətsizdir.Buna görə də əsəri daha qabarıq şəkildə anlamaq üçün aşağıdakı lüğətdən istifadə etməyi tövsiyə edirəm.