27 Haziran 2013 Perşembe

                      ASLAN QULİYEV."KEÇMİŞ DÖYÜŞÇÜ VƏ OĞLAN"
   Respublikamızda keçirilən mühüm ədəbi müsabiqələr-
dən xəbərim olsa da,heç bir müasir yerli yazarların əsərləri ilə tanış deyildim.Keçən dəfə müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından Aslan Quliyevin "Keçmiş döyüşçü və oğlan" adlı povestini oxudum.Povest bir döyüşçünün həyatından bəhs edir.Qarabağ müharibəsindən tərxis olunmuş bu igid döyüşçü öz kəndinə qayıdır.Rayon icra hakiminin tələbə yoldaşı olduğunu bilib ondan iş istəmək üçün yanına gedir.Amma bu görüş tələbə yoldaşını öldürməklə nəticələnir.İş tapmaq üçün şəhərə yollanmağı qərara alır.Beləliklə,onun faciəli həyatı başlayır...

2 Haziran 2013 Pazar

    YAY TƏTİLİNDƏKİ PLANLARIM HAQQINDA
   Artıq daha bir dərs ilini beləcə başa vurub yay tətilinə qədəm qoydum.Bu dərs ilində 5 roman,6 povest,həmçinin Per Lagerkvistin 16 hekayəsini,Q.Q.Markesin hekayələri-
ni oxuya bildim.

27 Mayıs 2013 Pazartesi

                            SEVİMLİ MÜƏLLİMƏLƏRİM
   Artıq 8-ci sinfi başa vurdum.Həmişə yayın gəlişinə çox sevindiyim halda,bu il bir qədər pis oldum.Çünki qayıtdığımda həmin müəllimələr və həmin uşaqlar olmayacaqdı...Səbəb isə məktəbi dəyişməyimdir.

26 Mayıs 2013 Pazar

OXUDUĞUM 13 ƏSƏR

   "Ölmədən öncə oxunması lazım olan 1001
kitab"  kitabı dünyanın öndə gələn kitab tənqidçilərinin şərhləri əsasında ərsəyə gəlmişdir.Kitab türk dilinə tərcümə olunsa da,azərbaycan dilinə hələ tərcümə olunmayıb.Kitabın elektron versiyası yoxdur,amma kitabların siyahısını əldə etmək mümkündür.Siyahıya diqqətlə baxdıqda düzgün seçimlər olduğunu gördüm.Amma siyahıda Çingiz Aytmatovun heç bir əsərinə rast gəlməməyim məni təəssüfləndirdi.Siyahıya daxil olan 1001 əsərdən 13-nü oxumuşam.Onlar aşağıdakılardır:

11 Mayıs 2013 Cumartesi

   Hal-hazırda oxuduğum kitablar
                     ÇİNGİZ AYTMATOV.AĞ GƏMİ
   Çingiz Aytmatovla ikinci tanışlığım bu ilin aprel ayına təsadüf etdi.Bu onun 1970-ci ildə yazmış olduğu "Ağ gəmi" əsəri oldu.Əsər maraqlı və təsirli idi,amma fikrimcə,"Dəniz kənarıyla qaçan Alabaş" qədər dərin
mənalı və güclü təsirə malik deyildi.

5 Mayıs 2013 Pazar

     ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV.MİRZƏ SƏFƏR(HEKAYƏ)
   Mən adətən dünya ədəbiyyatına aid əsərlər oxuyub onların təhlilini bloqumda yerləşdirirəm.
   Keçən dərslərin birində ədəbiyyat müəlliməm öyrəndiyimiz "Mirzə Səfər" hekayəsini təhlil etməyi tapşırdı.Bu,normal hal idi.Çünki biz həmişə hər hansı bir dərsi öyrənir,sonra isə onu təhlil edirik.Lakin bu dəfə etdiyim təhlili bloqumda yerləşdirməyi qərara aldım.