"İnsan azadlığa məhkumdur" aforizminin sahibi,bütün dünyada tanınan Nobel mükafatlı fransız yazıçısı Jan-
Pol Sartr ekzistensializimin görkəmli nümayəndələrindən biri olmuşdur.Növbəti dəfə oxuduğum "Ürəkbulanma" əsəri isə yazıçı ilə ilk tanışlığım oldu.1938-ci ildə yazılmış bu əsər ədibin ilk bədii əsəridir.Bu əsərdə yazıçının ilk fəlsəfi fikirləri öz əksini tapmışdır.
Romanın əsas qayəsini mövcudluq,onun mənası,anlamı və təhlili təşkil edir.Əsəri oxuduqca qəhrəmanın həyata daha fərqli şəkildə yanaşdığını görürsən.Həyatı anlama ilə bağlı bu fərqlilik özünü əsərdə daim büruzə verir.
DEYƏSƏN,FƏLSƏFƏ HƏQİQƏT AXTARIŞI İLƏ MƏŞĞUL OLUR,AMMA ƏSLİNDƏ ÇOX GÜMAN Kİ,XƏYALLAR QURUR,HALBUKİ ƏDƏBİYYAT YALNIZ BİR XƏYALIN HESABINA HƏQİQƏTİ AŞKAR EDİR. (ANTONİO TABUKKİ)
21 Ekim 2013 Pazartesi
HERMAN HESSE."DEMİAN"
Kitab mağazasında kitablara baxarkən gözüm Herman Hessenin "Demian" əsərinə sataşdı.Yazıçı haqqında eşitsəm də,bu əsər haqqında məlumatım yox idi.Kitabın ön səhifəsində povest haqqında oxuduğumda əsərin maraqlı ola biləcəyini düşündüm.İlk öncə qeyd edim ki,əsər ürəyimcə olmadı.Haqqında yaxşı şeylər eşitdiyim Herman Hessenin yaradıcılığından fərqli bir əsər gözləyirdim.
19 Ekim 2013 Cumartesi
FYODOR DOSTOYEVSKİNİN İLK ROMANI OLAN "KİÇİK İNSANLAR" HAQQINDA
Türkcədən tərcümə edən: Ayxan Əhmədzadə
Mənbə: http://www.idefix.com/kitap/insanciklar-fyodor-mihailovic-dostoyevski/tanim.asp?sid=JPNCB2EO67AH4RC1UZ7X
1846-cı il.Gənc Dostoyevski ilk romanı olan "Kiçik
insanları" qurtarar-qurtarmaz bir otaqda qaldığı yazıçı Qriqoroviçə oxutdurur.Qriqoroviç o qədər həyəcanlanır ki,bir neçə dəfə qalxıb Fyodorun boynunu qucaqlamaq istəyir.Amma dostunun özünə göstərilən şiddətli heyranlığını bəyənmədiyini bilib bunu etmir.Ertəsi gün Qriqoroviç romanı yazıçı və naşir Nekrasova göstərir;kitabdan çox təsirlənən Nekrasov isə onu Bellinskiyə verir

7 Ağustos 2013 Çarşamba
WİLLİAM SHAKESPEARE."JULİUS CAESAR"
Sizlərə oxuduğum daha bir kitab haqqında məlumat vermək istərdim.Bu məşhur ingilis dramaturqu Uilyam Şekspirin "Yuli Sezar" adlı faciəvi pyesidir.Dram Yuli Sezarın adını daşısa da,burada əsas surət onun qatili Brutdur.Əksər insanlardan fərqli olaraq,Uilyam Şekspir Brut şəxsiyyətinə fərqli yönümdən nəzər salmışdır.Bu dramda müəllif məşhur Roma İmperatoru Yuli Sezarı öldürmüş Bruta bəraət qazandıra bilir.Fikrimcə,Brutun Yuli Sezarı öldürdükdən sonra Roma əhalisi qarşısındakı nitqi əsərin məğzini təşkil edir.Həmin nitqi sizlərə təqdim edirəm.
20 Temmuz 2013 Cumartesi
KURT VONNEQUT."SALLAQXANA N5 VƏ YA UŞAQLARIN SƏLİB YÜRÜŞÜ"
Sonuncu oxuduğum kitab barəsində bloqda yazmaq
fikrim yox idi.Amma bloq ziyarətçiləri üçün bu əsər haqqında məlumat verməyi özümə borc bildim.Bu Kurt Vonnequtun "Sallaqxana N5 və ya uşaqların səlib yürüşü" adlı romanıdır.Kitabı bir neçə ay bundan qabaq aldığıma baxmayaraq bu günlərdə oxuya bildim.

29 Haziran 2013 Cumartesi
LEV TOLSTOY."İVAN İLİÇİN ÖLÜMÜ"
Dahi rus yazıçısı olan Lev Tolstoyun bədii yaradıcılığı
ilə ilk tanışlığım onun "İvan İliçin ölümü" adlı əsəri ilə oldu.Kitabı kitabxanama yeni əlavə etmişdim.Hələ ki oxumaq fikrim yox idi.Amma yazarın kimliyi və əsərin qəribə ada malik olması kitabı oxumağıma səbəb oldu.Əsəri bir neçə günə bitirdim.

Kaydol:
Kayıtlar (Atom)