30 Ekim 2013 Çarşamba

AQATA KRİSTİ."QARA QƏHVƏ"

   Düşünürəm ki,ağır əsər oxuyub bitirəndən sonra
Aqata Kristinin "Qara qəhvə" kitabı


detektiv,fantastik və s.tipli kitablara müraciət etmək lazımdır.Uzun sürən "Cinayət və cəza" səyahətindən sonra Aqata Kristinin "Qara qəhvə" əsərini oxumağa qərar verdim.

28 Ekim 2013 Pazartesi

FYODOR DOSTOYEVSKİ."CİNAYƏT VƏ CƏZA"

   Həqiqətən də,heç bir insan bütün dövrlər ərzində
FYODOR DOSTOYEVSKİ
yaşaya bilməz,amma ruhən yaşaması mümkündür.Yaradıcılıq dövründən 250 ilə yaxın vaxt keçməsinə baxmayaraq,bu günədək nəinki həvəslə oxunmaq,hətta bir çoxlarının sevimli yazarına çevrilmək,Nitsşenin təbirincə söyləsək,yalnız "fövqəlinsan"ın işidir.

21 Ekim 2013 Pazartesi

PER LAGERKVİST.HEKAYƏLƏR

   Sonuncu oxuduğum kitab Per Lagerkvistin hekayələri oldu.Bu müəlliflə ilk tanışlığım deyil.Bundan əvvəl mən müəllifin ''Varavva'' romanını oxumuşam.Hekayələr mənim çox xoşuma gəldi və fikrimcə bu hekayələr ''Varavva'' 
 romanından daha maraqlı idi.İndi isə gəlin müəlliflə tanış olaq.


JAN-MARİ QUSTAV LÖ KLEZİÖ."RAQA.GÖZƏGÖRÜNMƏZ QİTƏYƏ YANAŞMA"

     Axır ki,aksiyadan aldığım kitablardan birini oxuyub 
qurtara bildim.Bu,J.M.Q.Lö Kleziönün "Raqa" əsəri idi.

   Kitab 1980-cı ildə müstəqillik qazanmış Vanuatuya aid olan Raqa adasından bəhs edir.Yazıçı adanın tarixi,əhalisi,onların məşğuliyyəti və s.haqqında ətraflı məlumat vermişdir.Əsər bir neçə hissəyə bölünmüşdür.Birinci hissə adanın kimlər tərəfindən və nə vaxt kəşf olunmasıyla bağlıdır.Sonrakı hissələrdə isə adanın coğrafi şəraiti,qədim tarixi,o cümlədən adanın əhalisi,onların məşğuliyyətləri və s.barədə məlumatlar əldə etmək olar.

ANTON ÇEXOV."BUQƏLƏMUN"(2/2)

 

Biri dilləndi:
   -Cənab müfəttiş!Bu yalançının biridir.Zarafat üçün siqareti itin ağzına saldı.
   -Cəfəngiyyatdır!Cənab müfəttiş ağıllı adamdır.Kimin yalan,kimin düz danışdığını o aydınlaşdıracaq.Əgər mən yalan danışıramsa,məhkəmə qarşısında öz cəzamı alaram-Hirukin dedi.
   -Kəs səsini!-Oçumyelov qışqırdı.
Polis üzünü müfəttişə tutdu:
   -Xeyr.Bu it generalın deyil.Çünki onun bütün itləri Seter cinsindəndir.
   -Əminsən?-Oçumyelov soruşdu.
   -Bəli,cənab.

ANTON ÇEXOV."BUQƏLƏMUN"(1/2)

   Görkəmli rus yazıçısı Anton Çexov dünyada daha çox qısa hekayələri ilə
tanınır.Özümün türk dilindən tərcümə etdiyim "Buqələmun" hekayəsi də onun yaradıcılığına aiddir.Hekayəni sizə təqdim edirəm.
                                 
                            Buqələmun(hekayə)
                             

   Polis müfəttişı Oçumyelov əynində palto,qoltuğunun altında paket bazar meydanına doğru irəliləyirdi.Arxasında isə qızılı saçlı bir polis onunla birlikdə gedirdi.Hər tərəf səssiz idi.Hər yer sükuta qərq olmuşdu.Dükanların və meyxanaların açıq qapıları həsrətlə müştəri gözləyirdi.Ətrafda dilənçi belə görmək mümkün deyildi.
   Uzaqdan kimsə çığırdı:

DÜNYANIN BU GÜNƏ QƏDƏR SATILAN 10 ƏN BAHALI KİTABI

   İngiliscədən tərcümə edən: Ayxan Əhmədzadə

Mənbə:Top 10 Most Expensive Books Ever Sold | The Top Tenz


10. Klavdi Ptolemey."Coğrafi Kosmoqrafiya"

       3.5 milyon $ (2006)

   Bu kitab 1462-ci ildə nəşr edilmişdir.Həmçinin "Coğrafiya",yaxud "Geographike Hyphegesis" adı ilə tanınır.Bu kitab yerin coğrafiyasına və kartoqrafiyasına aid ən məşhur kitablar arasındadır.Yeni dünyanın kəşfindən əvvəl mövzusuna görə bu kitabı əsas götürərək ona istinad edirdilər

ALBER KAMYU."TAUN"

    Mən bu dəfə Alber Kamyunun yaradıcılığına müraciət etdim.Bu yazıçıyla ikinci tanışlığımdır.Belə ki mən bundan qabaq yazıçının "Yad" povestini oxumuşdum.

JAN-POL SARTR."ÜRƏKBULANMA

   "İnsan azadlığa məhkumdur" aforizminin sahibi,bütün dünyada tanınan Nobel mükafatlı fransız yazıçısı Jan-
Pol Sartr ekzistensializimin görkəmli nümayəndələrindən biri olmuşdur.Növbəti dəfə oxuduğum "Ürəkbulanma" əsəri isə yazıçı ilə ilk tanışlığım oldu.1938-ci ildə yazılmış bu əsər ədibin ilk bədii əsəridir.Bu əsərdə yazıçının ilk fəlsəfi fikirləri öz əksini tapmışdır.

   Romanın əsas qayəsini mövcudluq,onun mənası,anlamı və təhlili təşkil edir.Əsəri oxuduqca qəhrəmanın həyata daha fərqli şəkildə yanaşdığını görürsən.Həyatı anlama ilə bağlı bu fərqlilik özünü əsərdə daim büruzə verir.

HERMAN HESSE."DEMİAN"


   Kitab mağazasında kitablara baxarkən gözüm Herman Hessenin "Demian" əsərinə sataşdı.Yazıçı haqqında eşitsəm də,bu əsər haqqında məlumatım yox idi.Kitabın ön səhifəsində povest haqqında oxuduğumda əsərin maraqlı ola biləcəyini düşündüm.İlk öncə qeyd edim ki,əsər ürəyimcə olmadı.Haqqında yaxşı şeylər eşitdiyim Herman Hessenin yaradıcılığından fərqli bir əsər gözləyirdim.


19 Ekim 2013 Cumartesi

FYODOR DOSTOYEVSKİNİN İLK ROMANI OLAN "KİÇİK İNSANLAR" HAQQINDA

Türkcədən tərcümə edən: Ayxan Əhmədzadə
Mənbə: http://www.idefix.com/kitap/insanciklar-fyodor-mihailovic-dostoyevski/tanim.asp?sid=JPNCB2EO67AH4RC1UZ7X

   1846-cı il.Gənc Dostoyevski ilk romanı olan "Kiçik
insanları" qurtarar-qurtarmaz bir otaqda qaldığı yazıçı Qriqoroviçə oxutdurur.Qriqoroviç o qədər həyəcanlanır ki,bir neçə dəfə qalxıb Fyodorun boynunu qucaqlamaq istəyir.Amma dostunun özünə göstərilən şiddətli heyranlığını bəyənmədiyini bilib bunu etmir.Ertəsi gün Qriqoroviç romanı yazıçı və naşir Nekrasova göstərir;kitabdan çox təsirlənən Nekrasov isə onu Bellinskiyə verir